ABŞ-ın İranla bağlı gizli planı ifşa olundu: "Əsl məqsəd müharibə deyil, Çindir..."
“Müttəfiqləri quru əməliyyatlarında İranı qarşısına almayacaqlar”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Həşim Səhrablı bildirib.
Politoloq İranın həmlələrindən sonra İraq və İordaniya hərbçilərinin həlak olmasına münasibət bildirib:
“İndiki vəziyyətdə İrana qarşı quru əməliyyatlarına başlanılması mümkün görünmür. ABŞ hələ də İran daxilində narazılıqları körükləmək və bununla İrana təsir imkanları yaratmağa çalışır. İlk qarşıdurmadan sonra ortaya çıxan reallıq odur ki, bu rejimi devirmək asan deyil. İranda hakimiyyət öz varlığını qorumaq üçün hələ də mübarizə apara bilir. ABŞ tərəfinin hazırkı planı İranla müharibə deyil, onları Çin kimi müttəfiqlərindən uzaqlaşdırmaqdır. Sonrakı mərhələdə isə İranda hakimiyyətdə Çindən daha çox Amerika ilə əlaqələrə üstünlük verəcək şəxsləri saxlamağa cəhd edə bilərlər.“
Politoloq hesab edir ki, bu ölkələr mümkün ABŞ – İran quru əməliyyatlarında Amerikanın yanında açıq formada yer almayacaqlar:
“Quru əməliyyatları hazırda risklidir. İran regionun ən köklü ölkələrindən biridir və ABŞ regiona çox uzaqdır. ABŞ yalnız yaxın ərazilərdə quru əməliyyatlarını uğurla həyata keçirə bilər, uzaq ölkələrdə bu uğurlu olmaz. Biz Vyetnam, İraq nümunələri ilə tarixdə buna şahid olmuşuq. Uzun illər bu ərazilərdə qalsalar da, yalnız rejimi dəyişdirə bildilər. İran isə Amerikanın müdaxilə etdiyi digər uzaq məsafəli ölkələrdən daha böyükdür və bu ölkədə Amerikanın uğursuz olması Birləşmiş Ştatların maraqlarına daha ciddi zərbə vura bilər. ABŞ İranda rejim dəyişikliyi həyata keçirə bilməsə, quru əməliyyatları son mərhələ olacaq. Region ölkələri isə öz canlı qüvvəsi ilə İrana qarşı əməliyyatlara qoşulmayacaq. Belə hal baş verərsə, eskalasiyanın miqyası daha geniş olar və bu, heç bir ölkə üçün arzuolunan deyil. Həmin ölkələr ABŞ qalib gəlsin deyə yalnız silah dəstəyi göstərə bilər. O ölkələrin birbaşa ordu ilə hərəkət etməsi onların özünü İrana hədəf halına gətirə bilər. Ona görə də düşünürəm ki, İrana qarşı quru əməliyyatları başlayarsa, İordaniya və İraq kimi ölkələrin İranın qarşısında yer alacaqlarına inanmırəm.“
Nurlan Cəfəri













