!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ-ın tənqidləri sözdən irəli getməyəcək” - Vaşinqton Ər-Riyadı necə “təmiz”ə çıxarır?

!Reklam – Yazi

“Türkiyəli müstəntiqlər təhqiqatı məntiqi sonluğa çatdıracaqlar”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının İstanbulda qətlə yetirilməsindən sonra yaranmış situasiyanı dəyərləndirən “BakuNetwork”un direktoru Elxan Ələsgərov deyib.

Elxan Ələsgərovun fikrincə, Ər-Riyadın jurnalistin ölümünün “təsadüf” olmasına dair iddiaları ciddi qarşılanmır:
“Səudiyyəli jurnalist Camal Qaşıqçının İstanbulda qətlə yetirilməsi də təsdiqləyir ki, beynəlxalq münasibətlərdə çüx mürəkkəb situasiya yaranıb. Aydın məsələdir ki, istənilən ölkənin diplomatik nümayəndəliyi kimi, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğu da dünyanın ən güclü xüsusi xidmət orqanlarından biri olan Türkiyə kəşfiyyatı tərəfindən kənardan müşahidə edilib. Fikrimcə, Konsulluq binasının ətrafında baş verənlər Türkiyənin nəzarəti altında olub.

Müşahidə kameralarında da Qaşıqçının binaya daxil olduğu, ancaq oradan çıxmadığı qeyd olunub. İndiki halda sadəcə, jurnalistin cəsədinin harada olduğunu isbatlamaq qalır. Məlumdur ki, Türkiyənin uyğun qurumları səudiyyəli həmkarları ilə birlikdə Konsulluqda ciddi axtarış apararaq, müəyyən əşyayi-dəlillər götürüblər. Həmin fraqmentlər xüsusi laboratoriyalarda analiz edilir və tezliklə nəticələr məlum olacaq.

Məsələyə siyasi bəyanatlar prizmasından yanaşsaq, bəli, bu qətlə görə Səudiyyə hakimiyyəti ittiham ediləcək. Qaşıqçının guya Konsulluqda baş verən dava-dalaş nəticəsində ölməsi, hadisənin “təsadüf” olması ciddi şübhə doğurur. Bu necə təsadüfi ölüm ola bilər ki, Konsulluğa əvvəldən çoxsaylı dəstə daxil olub və həmin şəxslər binanı iri çemodanlarla tərk ediblər? Məncə, Türkiyəli müstəntiqlər təhqiqatı məntiqi sonluğa çatdıracaqlar”.

Ələsgərov hesab edir ki, Səudiyyə hakimiyyəti Qaşıqçının qətlinə görə kəskin ittihamlara tuş gəlsə də, ABŞ bu məsələdə “sözlü tənqid”lə kifayətlənəcək:
“Qaşıqçı ölkəsinin dövlət idarəetmə sistemində liberal islahatlar aparılmasının tərəfdarı kimi çıxış edirdi. Görünür, jurnalistin bu istəyi mühafizəkar dairələri qıcıqlandırıb və onun əməkdaşı olduğu “Washington Post” qəzetində yazdığı məqalələr hakim elitanı ciddi şəkildə narahat edib.

Jurnalistin qətlindən sonra bütün dünyada Səudiyyə Ərəbistanına yönəlik “Bu nə ölkədir?”, “Bu nə idarəetmədir?”, “Bu nə qanunsuzluqdur?” kimi suallar yaranıb. Ona görə də Ər-Riyad rejiminə qarşı belə kəskin mövqe formalaşıb. Almaniyanın münasibətindən belə anlaşılır ki, Berlin tənqidlərini davam etdirəcək. ABŞ-ın tənqidləri isə sözdən irəli getməyəcək. Səudiyyə Ərəbistanı müəyyən şəxsləri cəzalandırmaqla ictimai rəyin qəzəbini səngitməyə çalışacaq.

Eyni zamanda, Ər-Riyad bu məsələni pulla ört-basdır etməyə cəhd göstərəcək. Lakin nəzərə almaq lazımdır ki, Səudiyyənin cəhdlərinə baxmayaraq, bu məsələdə çox şey cinayətin baş verdiyi Türkiyədən asılıdır. İnanıram ki, Türkiyə malik olduğu reputasiyanı itirməmək üçün bu işi obyektiv qaydada aparacaq”.

Qafqaz Ömərov

COP29

www.yenicag.az

3257
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv