Sosial şəbəkələrdə dezinformasiya burulğanı: "Bu, sülh sazişinin paraflanması ilə birbaşa əlaqəlidir"

media-hightechnic-468x90

“Sosial şəbəkələrdə dezinformasiya yayan hesablar cinayət məsuliyyətinə cəlb edilməlidirlər”.

Bu fikirləri hərbi sahədə yayılan dezinformasiyaların qarşısının alınması barədə danışan hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında səsləndirib. media-edalet-verdiyev

Ə. Verdiyievin sözlərinə görə, dezinformasiyalar Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması ilə birbaşa əlaqəlidir:

“Sosial şəbəkədə Azərbaycanla Ermənistan arasında döyüş əməliyyatlarının bərpa olunmasına, hərbçilərimizin atəşə tutulmasına, hətta itkilərin olmasına dair yalan məlumatlar daha çox paylaşılır. Görünür bu, birmənalı şəkildə Azərbaycanla Ermənistan arasında əldə olunan sülh sazişinin paraflanması ilə birbaşa əlaqəlidir. Digər tərəfdən, ölkənin hüdudlarından kənarda yaşayan bəzi insanlar sərhəddə düşmənlə üzbəüz xidmət edən hərbi qulluqçuların ailələrini, valideynlərini, uşaqlarını düşünmədən bu tip saxta məlumatlar verirlər. Halbuki artıq 1 il 8 aydır ki, Azərbaycanla Ermənistan sərhəddində atəşkəsin pozulması halı belə qeydə alınmayıb. Bir nəfər də olsun, əsgər itkimiz olmayıb, amma məlumatlarda çoxsaylı itkilərdən bəhs olunur. Bəzən avtomobil karvanının atəşə tutulmasını yazaraq müəyyən qədər reytinq, baxış sayı toplamağa çalışan üzdəniraq sosial şəbəkə istifadəçilərinə rast gəlirik. Bu prosesin qarşısının alınması üçün yenə də əsas yük mühafizə orqanlarının üzərinə düşəcək. Bəzi istifadəçilərin ölkədə olmaması səbəbindən onların cəzalandırılması bir qədər müddət tələb edə bilər. Hər bir halda, ölkədə yaşayan vətəndaşlarımızın narahatlığına səbəb olan dezinformasiya yayanlar mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cəzalarını almalıdırlar”.

Ekspert belə məlumatların cəmiyyət arasında inandırıcılığının aradan qaldırılması üçün lazım olan vasitələri sadalayıb:

“İkinci mərhələdə isə ifşa olunan insanların cinayət məsuliyyətinə cəlb edilməsi barədə kütləvi informasiya vasitələrində geniş məlumatlar dərc olunmalı, zərurət yaranarsa, bu məsələnin ictimai müzakirələri keçirilməli və təbliğat genişləndirilməlidir ki, insanlar etibarlı mənbələrə istinad etsinlər, yalnız bu mənbələrdə dərc edilən məlumatlara inansınlar”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa