Rusiyanın əlinə oynayan Tramp: "Amerika Ukraynaya yardım yükünü Avropanın üstlənməsini istəyir"

media-hightechnic-468x90

“Bu nə Rusiyanın müharibəni uzatmasına, nə də müdaxiləni dayandırmasına səbəb olacaq”.

Bunu ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibəni dayandırmaq üçün Rusiyaya verdiyi 50 gün möhlətin azaldılması ilə bağlı bəyanatını şərh edən politoloq Abutalıb Səmədov Yenicag.az-a açıqlamasında deyib.

Politoloq bildirib ki, Tramp Rusiya Prezidenti Vladimir Putinə 50 günlük möhləti belə verməməli idi:

“Əvvəldən bilməliydi ki, 50 gündən sonra heç nə dəyişməyəcək. Çünki Putin məqsədini açıq şəkildə ortaya qoyub. Tələb edir ki, ya diplomatik yolla dörd vilayətin ərazisi tamamilə boşaldılsın və Rusiyaya verilsin, ya da o bunu başqa yolla əldə edəcək.

Hazırda yalnız Krım və Luqansk tam şəkildə Rusiyanın nəzarətindədir. Digər üç vilayətin isə təxminən 75-80 faizi

Rusiya sülh istəyirmiş kimi görüntü yaratmağa çalışır. Amma sülh danışıqlarında şərtləri açıq-aşkar ultimatumdur. Belə olan halda, Trampın Rusiyanın ticarət tərəfdaşlarına əlavə rüsum və ya sanksiyalar tətbiq etməsi nəyi dəyişəcək? Əlbəttə ki, heç nəyi.

Bu nə Rusiyanın müharibəni uzatmasına, nə də müdaxiləni dayandırmasına səbəb olacaq. Çünki Rusiyanı sülhə məcbur etmək üçün ona ciddi müqavimət göstərilməlidir. Hələlik isə Rusiya yavaş-yavaş irəliləməyə davam edir. Ukraynanın isə ciddi hərbi yardıma ehtiyacı var.

Ötən illərdə hər il orta hesabla 40 milyard dollar hərbi yardım edilirdi. İndi isə Amerika yardımı zəiflədir, dayandırır, bu yükü Avropanın üstlənməsini istəyir. Ukraynanın Rusiyaya ciddi müqavimət göstərməsi üçün hər il azı 45-50 milyard dollar yardım edilməlidir. Avropa buna maliyyə baxımından dözəcəkmi? Əlbəttə, dözə bilər.

Amma bunun üçün ciddi şəkildə digər xərcləri azaltmalıdır ki, yardımlar mümkün olsun. Hələlik isə belə iradə görünmür. Putin də bunu görür. O bilir ki, sanksiyalar müəyyən çətinliklər yaratsa da, son nəticədə öz məqsədinə çatmaq və digər şərtlərini diktə etmək imkanını əldə edə bilər. Məhz buna görə hücumlarını davam etdirir.

Tramp bu müddəti nə qədər qısalda bilər? Əvvəla, qeyd edək ki, bu addım ciddi bir dəyişikliyə səbəb olmayacaq. Əgər o, ümumiyyətlə, möhlət verməyin yanlış olduğunu başa düşmürsə, heç olmasa, anlamalıdır ki, möhləti qısaltmaq da arzu olunan nəticəni verməyəcək”.

Nəsimi Ələsgərli

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600