ABŞ-ın torpaq maqnatlarının adları açıqlandı

Amerika Birləşmiş Ştatlarında şəxsi torpaq sahibi olan 50 nəfərin ərazilərinin ümumi səth sahəsi 125 545 kv.km-ə çatıb.

Yenicag.az-ın məlumatına görə, onların sahib olduqları torpaq sahəsi ABŞ ərazisinin 1,4%-ni təşkil edir.

Qeyd edək ki, ABŞ-ın kabel televiziyası təminatçısı “Tele-Communications Inc.”in (TCI) sahibi John Malone siyahıda 8 903 kv.km ərazi ilə birinci, “CNN” qurucusu Ted Turner isə 8 094 kv.km-lə ikinci yerdə, Emmerson ailəsi isə 7 916 kv.km-lə üçüncü yerdə qərarlaşıb.

Dünyanın ən böyük onlayn alış-veriş şirkəti olan “Amazon”un qurucusu Jeff Bezos 1 700 kv.km-lə 28-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, ABŞ-ın torpaq maqnatlarının sahib olduqları umumi torpaq sahəsi Azərbaycanın ərazisindən təxminən 45% çoxdur./Report/