ABŞ-nin Ukrayna PLANI: Davamlı sülh, yoxsa dondurulmuş münaqişə?

media-hightechnic-468x90

“ABŞ-nin planı Ukraynanı dondurulmuş münaqişələr sırasına əlavə edəcək”.

Bu fikirləri ABŞ-nin Ukrayna müharibəsini nizamlama planı barədə danışan politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında bildirib.

Politoloq qeyd eidb ki, müttəfiqlər Ukrayna ordusunu gücləndirərək nə zamansa Rusiyaya qarşı istifadə etməyə çalışacaqlar:

“ABŞ-nin Ukraynada nizamlanma üzrə planını oxuyanda sanki Ukrayna ordusunun 600 yox, 800 min saxlanmasına icazə verilməsi düşünülür. Böyük ehtimalla, ABŞ-nin planlarından biri də burada Koreya variantını tətbiq etməkdir.

Ukrayna ordusunu gücləndirərək nə zamansa Rusiyaya qarşı istifadə etməyə çalışacaqlar. Zaporojyenin ABŞ-nin ixtiyarına keçməsi o deməkdir ki, bura artıq həm Ukraynanın, həm də Rusiyanın əlindən çıxır, neytral zona olaraq ABŞ-nin nəzarətinə keçir. Bu, birbaşa olaraq Ukraynanın ABŞ-dən asılılığı deməkdir.

Digər bir məsələ, Ukraynanın bərpası məsələsidir. Təbii ki, ABŞ öz cibindən gətirib Ukraynaya xərcləyəsi deyil. Bu, Ukraynanın təbii sərvətlərinin hesabına başa gələcəkdir və bundan ABŞ özü də pay alacaq. Digər məsələ isə Ukraynanın Avropa İttifaqına daxil edilməsidir. Lap Aİ-a daxil edildi, bu proses elə də asan iş deyil. Onu uzada-uzada gözlədəcəklər. Deyək ki, bu baş verdi. Daxil edilsə belə, sülh planı da yoxdur. Sadəcə atəşkəs rejimindəki anlaşma ilə Ukrayna Aİ-a girəcəksə, bu ittifaq onlara nə verəcək? Bunun reallaşma ehtimalı sual altındadır. Hər bir halda, anlaşma olacaqsa, müsbət hal ola bilər. Deyə bilərəm ki, Ukrayna müharibəsi də uzun müddətli dondurulmuş münaqişələr sırasına daxil ediləcək”.

Nurlan Cəfəri

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa