ABŞ-ın vitse prezidenti xəbəri yalanladı
ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan üzr istəməsi ilə bağlı KİV-də yayılan xəbərləri təkzib edib.
Bayden deyib: “Mənə deyirlər ki, Ərdoğandan üzr istəmişəm. Yox, mən heç vaxt onun qarşısında üzr istəməmişəm. Mən onu yaxşı tanıyıram. Mən onunla işləmişəm. Mən ona zəng edib dedim ki, KİV-də yazılan tamamilə dəqiq deyil. Anlaşılmazlıq baş verib. Mən bunu demişəm. Və izah etdim ki, mən nəyi nəzərdə tutmuşam”.
Bayden deyib ki, imicini dəyişmək niyyətində deyil: “Mən heç vaxt sözümdən imtina etmirəm, hətta o sözlər başqasının xoşuna gəlməsə belə”. Bayden bir müddət əvvəl bəyan edib ki, Türkiyə hakimiyyəti Suriyadakı terrorçu qruplaşmalara yardım edib. Amerikakı siyasətçinin sözlərinə görə, o, Ərdoğana telefonla danışanda bunu ehtimal kimi söylədiyini deyib.
(topnews.az)