ABŞ-ın yeni il hazırlığı

79219ABŞ-da davam edən etirazlara baxmayaraq paytaxt Vaşinqtonda Yeni ilə tam sürətlə hazırlıq gedir.

2015-ci ilə sayılı günlərin qalması Birləşmiş Ştatların paytaxtı Vaşinqtonda artıq hiss olunmaqdadır. Şəhər əsil bayram əhval-ruhiyyəsindədir. Paytaxt Yeni ili qarşılayan ən yaxşı şəhərlərdən biri olduğuna görə, bura çoxsaylı turistlər gəlməkdədir.

Vaşinqtona hələ ilk qar yağmasa da, qışın və Yeni ilin gəlişiylə əlaqədar şəhərin müxtəlif yerlərində buz meydançaları düzəldilib. Uşaqlardan tutumuş böyüklərə qədər süni buzun üzərində sürüşməyin dadını çıxaranlar kifayət qədərdir.

Şəhəri gəzdikcə addımbaşı hündür Yeni il ağacları ilə rastlaşırsan. Ən böyük şam ağacı isə Ağ evin qarşısında quraşdırılan Milli Yeni il ağacıdır.

Artıq 91 ildir ki, o vaxtkı ölkə prezidenti Kelvin Kuliçin qoyduğu ənənə əsasında Milli Yeni il ağacı ölkə prezidentləri tərəfindən işıqlandırılır. Milli Yeni il ağacı isə tək deyil. Onun ətrafında ştatların sayı qədər, yəni 53 kiçik şam ağacı düzülüb.

Ağacın ətrafında kiçik qatarlar düzülüb. Hər kəs arzu tutmaqla bu qatara qəpik atır. Belə bir inanc var ki, əgər atdığın qəpik qatarın üzərinə düşürsə, deməli arzuna çatacaqsan.

Bu il Yeni il ağacları ilə yanaşı şamın budaqlarından düzəldilmiş fiqurlar da kifayət qədərdir. İstənilən evin qapısında şamın budaqlarından hazırlanmış dairəvi fiqur var.

İnsanlar isə evlərini bəzəyəndə süni şam ağaclarından çox təbii ağaclara üstünlük verirlər. Təbii küknarların satıldığı yerlərdə istənilən formada və dizaynda, istənilən ölçüdə şam ağacı almaq mümükündür. Gecələr isə Yeni il əhval-ruhiyyəsi bir başqa cür hiss olunur. Şəhər rəngarəng işaqlarla daha da maraqlı görünür.

(anspress.com)

COP29