Emin Əmrullayevin Qarabağ təhsilini etibar etdiyinin ixtisasından xəbəri var? - Nazir dostu olmağın QANUNDAN ÜSTÜNLÜYÜ

media-hightechnic-468x90

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli ilə bağlı sosial şəbəkələrdə yayılan sənədlər ictimai müzakirələrə səbəb olub. Söhbət onun ali təhsili barədə yayılan diplom şəkillərindən gedir.

Yayılan diplom məlumatlarına əsasən, Sənan Mənsimli 2009–2013-cü illərdə Azərbaycan Texnologiya Universitetində bakalavr təhsili alıb.

Sənəddə göstərilir ki, o, Telekommunikasiya fakültəsinin “Rabitə qovşaqları və kommutasiya sistemləri” ixtisası üzrə təhsil alıb. Bu ixtisas texniki sahəyə aid olmaqla, nə “idarəetmə”, nə də “təhsil” profilli ixtisaslar sırasına daxil deyil.

Yenicag.az Mediatv.az-a istinadən xəbər verir ki, maraqlı məqam ondan ibarətdir ki, hazırda Sənan Mənsimli ölkənin strateji əhəmiyyət daşıyan regionlarından biri olan Qarabağda təhsil sisteminin idarə olunmasına cavabdeh əsas vəzifəli şəxsdir.

Halbuki onun ali təhsil ixtisası ilə tutduğu vəzifə arasında açıq uyğunluq görünmür. Məsələ təkcə ictimai maraq doğuran faktla bitmir — burada qanunvericiliyin tələbləri ilə tutulan vəzifə arasındakı uyğunluq sualı ortaya çıxır.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 29.0.3-cü maddəsinə əsasən: Təhsil müəssisələrinin və təhsili idarəetmə orqanlarının rəhbər işçiləri müvafiq sahə üzrə ali təhsilə və pedaqoji, elmi-pedaqoji və ya idarəetmə fəaliyyətinə dair peşə hazırlığına malik olmalıdırlar. Texniki rabitə ixtisası üzrə bakalavr təhsilinin təhsil idarəçiliyi anlayışı ilə hansı formada uyğunlaşdırıldığı isə sual doğurur. “Dövlət qulluğu haqqında” Qanunun 7.0.2-ci maddəsində qeyd olunur ki, dövlət qulluğuna qəbul zamanı: vəzifənin icrası üçün zəruri olan ixtisas və peşə hazırlığı əsas meyar hesab edilir. Eyni zamanda, 28-ci maddəyə əsasən: dövlət qulluqçusu tutduğu vəzifəyə peşə yararlılığı baxımından uyğun olmalıdır. Regional təhsil idarəsi müdiri vəzifəsi isə yüksək səviyyəli sahə biliyi, normativ-hüquqi biliklər və təhsil menecmenti bacarıqları tələb edən postdur. Elm və Təhsil Nazirliyinin səlahiyyətlərini müəyyən edən normativ aktlara görə, nazirlik təhsil sahəsində kadr siyasətinin formalaşdırılmasına,rəhbər vəzifələrə peşəkar kadrlan seçilməsinə cavabdehdir. Bu baxımdan, texniki rabitə ixtisası üzrə ali təhsil almış bir şəxsin Qarabağ Regional Təhsil İdarəsinə rəhbər təyin edilməsi kadr siyasətində istisna haldırmı, yoxsa sistemli yanaşmanın nəticəsidir?

Açıq qalan suallar

Hazırda Təhsil Nazirliyinin rəsmi səhifəsində belə bir iddianı təsdiq və ya inkar edən açıqlama yer almır. Sosial şəbəkələrdə yayılan məlumata görə S.Mənsimli Emin Əmrullayevin yaxın dostudur. O nazirin dostu olduğu üçün bu vəzifəyə sahiblənə bilib. Sənan Mənsimlinin təhsil sahəsi üzrə əlavə ixtisaslaşması, magistratura və ya idarəetmə təhsili varmı?Əgər yoxdursa, bu təyinat “Təhsil haqqında” Qanunun 29-cu maddəsinin tələblərinə necə uyğunlaşdırılıb?Qarabağ kimi strateji və həssas regionda təhsilin idarə edilməsi eksperimental kadr yanaşması iləmi həyata keçirilir?
Qarşı tərəfin cavab haqqını tanıyırıq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa