Trampdan sərt Venesuela və Qrenlandiya MESAJLARI: “Rodrigesin aqibəti Madurodan daha ağır ola bilər”

media-hightechnic-468x90

 

ABŞ Prezidenti Donald Tramp “The Atlantic” jurnalına verdiyi müsahibədə Venesuela ilə bağlı diqqətçəkən bəyanatlar səsləndirib. Tramp bildirib ki, Venesuelanın müvəqqəti lideri ABŞ-ın tələblərinə əməl etməsə, Nikolas Madurodan daha ağır nəticələrlə üzləşə bilər.

Yenicag.az xəbər verir ki, Maykl Şirer tərəfindən qələmə alınan müsahibədə Tramp Venesuelanın yeni lideri Delsi Rodriges ilə telefon danışığına toxunaraq deyib: “Əgər düzgün olanı etməsə, çox böyük bir bədəl ödəyəcək, bəlkə də Maduronun ödədiyindən daha çox”. Hazırda Nyu-Yorkda həbsdə olan Nikolas Maduroya işarə edən Tramp, Rodrigesin Maduronun ələ keçirilməsinə səbəb olan ABŞ hərbi müdaxiləsini qətiyyətlə rədd etməsinə dözməyəcəyini açıq şəkildə bildirib.

“Rejim dəyişikliyi indikindən pis ola bilməz”

Venesuelanın gələcəyi haqqında danışan Tramp, rejim dəyişikliyi və “millət quruculuğu” (nation-building) məsələlərindəki əvvəlki tərəddüdlərindən uzaqlaşdığını nümayiş etdirib. Siyasi tərəfdarlarının bəzi narahatlıqlarını rədd edən Tramp vurğulayıb: “Bilirsiniz, orada yenidənqurma, rejim dəyişikliyi – nə ad verirsinizsə verin – hazırkı vəziyyətdən daha yaxşıdır. Daha pisi ola bilməz”.
Trampın Rodrigesə qarşı sərt tonu, bir gün əvvəl ABŞ ordusunun Karakasa təşkil etdiyi basqından sonra verdiyi bəyanatlarla ziddiyyət təşkil edib. Basqından sonrakı mətbuat konfransında Tramp, Rodrigesin ABŞ ilə işləməyə istəkli olduğunu və bunun ona Venesuelanı müvəqqəti “idarə etmək” imkanı verəcəyini demişdi.

Rodriges: “Bir daha əsla müstəmləkə olmayacağıq”

Lakin Delsi Rodriges bu açıqlamadan qısa müddət sonra ABŞ-ın təklifini rədd edib. Ölkəsinin təbii sərvətlərini müdafiə etməyə hazır olduğunu bildirən Rodriges, Milli Müdafiə Şurasının geri qayıtmasını istədiyi Maduronun siyasətini davam etdirəcəyini açıqlayıb: “Bir daha əsla müstəmləkə olmayacağıq”.

Bu müqavimət ABŞ-ın yeni bir hərbi müdaxilə və ya işğal ehtimalını gündəmə gətirib. Tramp lazım gələrsə, Venesuelada ikinci hərbi əməliyyat dalğası üçün əmr verməyə hazır olduğuna işarə edib: “Venesuela tamamilə çöküb. Uğursuz bir dövlətdir. Hər baxımdan fəlakətli bir vəziyyətdir”.

“Qrenlandiyaya mütləq ehtiyacımız var”

Müsahibədə İraq və Əfqanıstan kimi ölkələrdəki “millət quruculuğu” fəaliyyətlərinə qarşı çıxdığını xatırladan Tramp, İraq müharibəsinin onun qərarı olmadığını müdafiə edib: “İraqa mən girmədim. Bu, Buşun işi idi. İraqa əsla girməməli idik”.
ABŞ-ın Qərb yarımkürəsindəki təsirini qorumalı olduğunu deyən Tramp, yanaşmasını “Monro Doktrinası” kimi xarakterizə edib. O, həmçinin Qrenlandiya məsələsinə də toxunaraq, adanın müdafiə baxımından ABŞ üçün vacib olduğunu təkrar edib: “Rus və Çin gəmiləri ilə əhatə olunub. Müdafiə üçün ona mütləq ehtiyacımız var”.

Camal Cavanşir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa