Tramp israrla Qrenlandiyanı istəyir
ABŞ prezidenti Donald Tramp bildirib ki, Venesuela Amerikanın müdaxiləsindən əziyyət çəkən son ölkə olmaya bilər.
Yenicag.az xəbər verir ki, o, NATO müttəfiqi Danimarkanın bir hissəsi olan adanı “Rusiya və Çin gəmiləri ilə əhatə olunmuş” kimi təsvir edərək “Bizə mütləq Qrenlandiya lazımdır” deyib.
Tramp vəzifəyə başlayandan bəri Danimarka ilə ABŞ arasında münasibətlər gərginləşib. Bu, Trampın “təhlükəsizlik narahatlıqları”nı əsas gətirərək Arktikadakı ehtiyatlarla zəngin Danimarka ərazisi olan Qrenlandiyanı ələ keçirmək istəyini bildirməsi ilə bağlı olub.
Həm Danimarka, həm də Qrenlandiya adanın satılmadığını və öz gələcəyinə özlərinin qərar verəcəyini bildirib.
Xatırladaq ki, dünən, 3 yanvarda Amerika qüvvələri Venesuela paytaxtını bombalayaraq Nikolas Maduronu həyat yoldaşı ilə birlikdə əsir götürüb. Onlar hazırda Nyu-Yorkdadırlar və tezliklə “narkoterrorizm sui-qəsdi” ittihamı ilə məhkəmə qarşısına çıxacaqlar.
ABŞ həmçinin bildirib ki, hakimiyyət ötürülməsi təmin olunana qədər Venesuelanı idarə edəcək.












