İrandan KRİTİK SON XƏBƏRLƏR - Ölkənin hansı şəhərlərində aksiyaçılar aktivdir?

media-hightechnic-468x90

Ötən ilin son günlərində başlayan İranda etiraz dalğası 2026-cı ilin yanvar ayının ilk həftəsi etibarilə kritik həddə çatıb.

Yenicag.az xəbər verir ki, milli valyutanın (rial) kəskin dəyər itirməsi və inflyasiyanın nəzarətdən çıxması ilə başlayan iqtisadi üsyan, qısa müddətdə sistemin dəyişməsini hədəfləyən siyasi hərəkata çevrilib.

Hazırda ölkənin 100-dən çox şəhərində aksiyalar davam edir, 16 nəfərin həlak olduğu və 580-dən çox şəxsin həbs edildiyi bildirilir.

Paytaxt Tehran başda olmaqla, İsfahan, Mərduşt və Qum kimi böyük şəhərlər gərginliyin mərkəzidir. Tehranda universitet tələbələri və “Bazar” tacirlərinin birgə tətilləri iqtisadi həyatı iflic edib. Lorestan və İlam əyalətlərində isə təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında ən şiddətli küçə döyüşləri qeydə alınır.

Etnik azlıqların məskunlaşdığı bölgələrdə rejim tərəfindən tətbiq edilən təhlükəsizlik tədbirləri daha sərtdir. Kürdüstan bölgəsində (Sənəndəc, Məhəbad) SEPAH-ın ağır texnika yeritdiyi və “canlı sursat”dan istifadə etdiyi xəbərləri yayılır. Neftlə zəngin Xuzistan (Ərəb) bölgəsində isə (Ahvaz, İze) etirazlar həm iqtisadi ayrı-seçkilik, həm də strateji neft zavodlarını dayanma nöqtəsinə gətirmək hədəfi ilə davam edir. Hökumət bu bölgələrdəki hərəkətliliyi “separatçılıq” adı altında yatırmağa çalışır.

Güney Azərbaycanın mərkəzi şəhərləri olan Təbriz, Urmiya və Ərdəbildə isə vəziyyət “sakit fırtına” və artan gərginliklə xarakterizə olunur. Təbriz və Ərdəbildə xüsusilə dövlət idarələrinin (Rabitə və s.) işçiləri əməkhaqlarının kəsilməsinə qarşı aksiyalar keçirir, şəhər divarlarında isə rejim əleyhinə kəskin şüarlar yazılır. Urmiyada təhlükəsizlik qüvvələri tərəfindən genişmiqyaslı “önləyici həbslər” həyata keçirilib; son günlərdə 25-dən çox fəal (o cümlədən 8 qadın) “casusluq” və “sosial mediada gəncləri təhrik etmə” ittihamı ilə saxlanılıb. Rejim bu strateji bölgədə aksiyaların kütləviləşməsindən çəkinərək Abbas Lisani, Yusif Kari kimi tanınmış dissidentlərə nəzarəti gücləndirib, onları təkadamlıq kameralarda saxlayır.

Ölkə ərazisində internet üzərindəki nəzarət də maksimuma çatdırılıb.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa