İntizardan SƏRT İRAD: "Oxuyan deyil, baş qaxıncıdır"

media-hightechnic-468x90

“Onlar oxuyan deyil, baş qaxıncıdır”.

Yenicag.az xəbər verir ki, bu sözləri gitara ifaçısı və müğənni İntizar Məmmədzadə “Günaydın Azərbaycan” verilişində deyib.

O, efirlərdə meydan sulayan bayağı müğənnilərlə bağlı qalmaqallı açıqlama verib:

“Vaxtilə elə müğənnilərimiz var idi, efirlərə buraxılmırdı. Onların atasına rəhmət. Onlar gözəl oxuyurdular, qarşılarında duruş gətirmək, oxumaq olmazdı, oxumaqda adamı çapardılar. Ad çəkmirəm, indi onların bəziləri Xalq artistləridir. Onlar efirlərə buraxılmasa da, əsl oxuyan, müğənni idilər. Amma bu gün sadəcə oxumaq istəyən, kütlənin qəbul etdiyi elə oxuyanlar var ki, efirlərdədir. Onlar oxuyan deyil, baş qaxıncıdır”.

Nəhru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa