ABŞ-İran dialoqunda İKİNCİ TUR: Hansı tarixdə, harada olacaq?

media-hightechnic-468x90

 

ABŞ-İran dialoqunun ikinci mərhələsinin tarixi və yeri məlum olub.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, görüş 19 apreldə İtaliyanın Roma şəhərində keçiriləcək.

Xatırladaq ki, 12 apreldə Omanda keçirilən görüşdə tərəflər arasında konkret nəticə əldə edilmədiyi üçün ikinci görüşə hər iki tərəf ümidlidir.

İran XİN rəhbəri Abbas Araqçi, ABŞ tərəfini isə Stiv Vitkoffun təmsil olunduğu Oman görüşündən sonra ABŞ tərəfi İranın nüvə silahından imtina etməyəcəyini və belə olan halda İrana hərbi müdaxilənin son alternativ ola biləcəyini bildirmişdi. İran tərəfi isə Oman görüşündə həll edilməyən məsələlərin ikinci raundda həll ola biləcəyinə ümid etdiklərini bildirmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600