Hacıbəy Heydərli: "Şuşanın belə mötəbər tədbirə ev sahibliyi etməsi onun platforma statusunu möhkəmləndirdi"

media-hightechnic-468x90

“Şuşanın belə mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi etməsi şəhərin artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq dialoq, əməkdaşlıq və qlobal media müzakirələrinin aparıldığı nüfuzlu platforma statusunu daha da möhkəmləndirdi.”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Azxeber.com” informasiya portalının baş redaktoru Hacıbəy Heydərli bildirib.

media-images-2026-07-15t141026-903

IV Şuşa Qlobal Media Forumunda iştirak edən media rəhbəri forumun Azərbaycan üçün önəmi və gələcək perspektivlərini təhlil edib:

“İyulun 13–14-də keçirilən IV Şuşa Qlobal Media Forumu bir daha təsdiqlədi ki, bu platforma artıq təkcə Azərbaycanın deyil, regionun və beynəlxalq media ictimaiyyətinin mühüm dialoq məkanlarından birinə çevrilib.

Dünyanın müxtəlif ölkələrindən media nümayəndələri, ekspertlər və kommunikasiya sahəsində fəaliyyət göstərən peşəkarları bir araya gətirən Forum qlobal informasiya mühitinin aktual çağırışlarının müzakirəsi, təcrübə mübadiləsi və yeni əməkdaşlıq əlaqələrinin qurulması baxımından məhsuldar nəticələrlə yadda qaldı. Forum çərçivəsində rəqəmsal transformasiya, süni intellektin media sahəsinə təsiri, dezinformasiyaya qarşı mübarizə, informasiya təhlükəsizliyi, peşəkar jurnalistikanın gələcəyi və beynəlxalq media əməkdaşlığının genişləndirilməsi kimi aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparıldı. Müzakirələr göstərdi ki, müasir dövrdə qlobal informasiya məkanında etibarlılığın qorunması, obyektiv və dəqiq informasiyanın təmin edilməsi media qarşısında duran əsas vəzifələrdən biridir.

Bu il Forumun “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunması da müzakirələrin əsas istiqamətini müəyyənləşdirdi. Panel sessiyalarında və çıxışlarda vurğulandı ki, informasiya manipulyasiyalarının, saxta xəbərlərin və hibrid təhdidlərin artdığı şəraitdə medianın məsuliyyəti daha da artır. Jurnalistika yalnız xəbərin operativ çatdırılması ilə kifayətlənməməli, eyni zamanda həqiqətin müdafiəsinə, ictimai etimadın möhkəmləndirilməsinə və cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın inkişafına xidmət etməlidir.”

Sonda H. Heydərli foruma dünyanın gözü ilə baxaraq Azərbaycanın dünya siyasətindəki faktiki uğurlarından danışıb:

“Forumun yekunları göstərdi ki, Şuşa Qlobal Media Forumu beynəlxalq media əməkdaşlığının genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və qlobal informasiya gündəliyinin formalaşdırılması baxımından mühüm platforma kimi öz mövqeyini daha da gücləndirib. Burada səsləndirilən fikir və təşəbbüslər gələcək əməkdaşlıqlar üçün yeni imkanlar açmaqla yanaşı, media sahəsində ortaq yanaşmaların formalaşdırılmasına da töhfə verdi.

Şuşanın belə mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi etməsi şəhərin artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq dialoq, əməkdaşlıq və qlobal media müzakirələrinin aparıldığı nüfuzlu platforma statusunu daha da möhkəmləndirdi. IV Şuşa Qlobal Media Forumu öz nəticələri ilə bir daha nümayiş etdirdi ki, müasir dövrdə media yalnız informasiya daşıyıcısı deyil, həm də sülhün, etimadın və beynəlxalq əməkdaşlığın təşviqində mühüm rol oynayan strateji institutlardan biridir.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05