ABŞ İranı masa arxasına çəkməyə çalışır – Trampın bəyanatları NƏ VƏD EDİR?

media-hightechnic-468x90

“ABŞ üçün əsas hədəf İranı razılığa gətirməkdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Aytən Qurbanova bildirib.

media-ayten-qurbanova

Politoloq ABŞ prezidenti Donald Trampın İranı hədələməsini şərh edərək qeyd edib ki, ABŞ İranı danışıqlar masasında razılığa gətirmək istəyir:

“Trampın bəyanatları bir daha onu göstərir ki, ABŞ İranın nüvə proqramı ilə bağlı öhdəlik götürməsi istiqamətində mümkün bütün təsir vasitələrindən istifadə etməyə çalışır. 12 günlük İsrail-İran müharibəsi aydın şəkildə göstərdi ki, İran nüvə proqramı ilə bağlı bütün şərtləri yerinə yetirmək niyyətində deyil və bu istiqamətdə qısa müddətdə razılıq əldə olunsa belə, bu, gələcək perspektivdə hər hansısa formada İranın nüvə proqramından imtina etməsi üçün zəmin, ya da zəmanət ola bilməz. Ona görə də ABŞ-nin İranı həm hücumla hədələməsi, digər tərəfdən isə konstruktiv müəyyən bəyanatların səsləndirilməsi yolu ilə ABŞ əsas hədəfinin danışıqlar yolu ilə İranla razılığa gəlmək olduğunu, amma, eyni zamanda İranın mümkün şərtləri qəbul etmədiyi halda hərbi hücum ehtimalının da hər zaman gündəmdə olduğunu nümayiş etdirir”.

A. Qurbanova ABŞİran arasında nüvə proqramı məsələsində razılığın gələcək zamanda mümkün olduğunu diqqətə çatdırıb:

“Yaxın perspektivdə İranla ABŞ, ya da, ümumiyyətlə, Qərblə İran arasında nüvə proqramı ilə bağlı hər hansısa razılığın əldə olunması gözlənilən olmasa da, düşünürəm ki, müəyyən vaxt çərçivəsində yeni bir razılıq əldə oluna bilər, bu da İran üçün labüddür. Çünki həm İsraillə müharibə, eyni zamanda nüvə potensialı ilə bağlı kifayət qədər itkilərin verilməsi mərhələsində ən azından vaxt qazanaraq, gələcəyə yönəlik bu istiqamətdə həlledici qərarların verilməsi İran üçün labüd ola bilər”.

Nurlan Cəfəri

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600