ABŞ İraqa şərt qoydu

media-hightechnic-468x90

çlllllllpABŞ-ın “İraq Şam İslam Dövləti” nin (İŞİD) İraq ərazisində irəliləməsinin qarşısını almaq məqsədilə hava dəstəyi vermək üçün bu ölkənin baş naziri Malikinin vəzifədən ayrılmasını şərt kimi qarşıya qoyub.

İngiltərədə nəşr olunan “The İndependent” qəzetinin yazdığına görə, Vaşinqton rəhbərliyi bu mesajı üst səviyyəli iraqlı səlahiyyətlilərə çatdırıblar. ABŞ rəhbərliyinin Maliki vəzifəsindən getmədən sünnilərlə şiələr arasında bir uzlaşma təmin edilməsinin mümkün olmadığını düşündüyü də iddia edilir.

Son 10 gündə İŞİD yaraqlılarının hücumları nəticəsində 350 min nəfərlik ordusu dağılan Maliki, yaşananlara baxmayaraq vəzifəsindən ayrılmaq istəmir.

Səudiyyə Ərəbistanını, kürdləri və “xain” generalları günahlandıran Maliki, ciddi bir açıqlama vermək məsuliyyətini də boynuna götürmür.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600