Məktəb proqramı ilə DİM arasında UÇURUM: "Repetitorluq heç vaxt bitməyəcək!"

media-hightechnic-468x90

 

media-banner_tkm

“Repetitor fəaliyyəti heç vaxt aktuallığını itirməyəcək.”

Bu sözləri Yenicag.az-a açıqlamasında təhsil eksperti Elçin Murad bildirib.

media-1bdf554c-b42a-439d-9e6a-7daed5a9c97f

 

Ekspert Elm və Təhsil naziri Emin Əmrullayevin repetitor fəaliyyəti haqqında danışdıqlarını şərh edib və repetitorun təhsildə önəmini diqqətə çatdırıb:

“Repetitor fəaliyyəti elə bir sahədir ki, heç vaxt aktuallığını itirmir. Bu, tək bizim ölkəmizə xas fəaliyyət deyil. Repetitor fəaliyyəti və ya uşaqlara əlavə fənn dəstəyinin verildiyi sahə bir çox ölkələrdə var. Ümumiyyətlə, repetitor fəaliyyəti əslində şagirdlərin dərsdə çatdırıb öyrənə bilmədikləri mövzuları yenidən öyrənməsi üçündür. Bu dərslərin orta məktəb dərslərindən fərqi DİM-in təşkil etdiyi imtahan sualları ilə bağlıdır. Adətən imtahanda düşən suallar Elm və Təhsil Nazirliyinin dərc etdiyi dərslikdəki suallarla bəzən fərqlənir. Ona görə də şagirdlərə əlavə dəstəyə ehtiyac olur, bu da repetitor vasitəsilə həyata keçirilir.”

“E. Əmrullayevin repetitor fəaliyyəti ilə bağlı danışdıqlarını repetitorluq fəaliyyətinin aradan qaldırılmasına doğru addım kimi qiymətləndirmək olar?” sualına təhsil eksperti belə cavab verib:

“Repetitor fəaliyyəti yenə davam edəcək. Bu sahə azala və ya müəyyən səviyyəyə düşə bilər, amma repetitor fəaliyyəti heç vaxt aktuallığını itirməyəcək.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05