ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

media-hightechnic-468x90

Yaxın Şərqdə münaqişənin kəskinləşməsi ilə əlaqədar ABŞ büdcəsindən İsrailə dəstək üçün 26,38 milyard dolların ayrılması nəzərdə tutulur.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının hazırladığı qanun layihəsində öz əksini tapıb.

Bu məbləğin 4,4 milyardının İsrailə tədarük edilən texnika və müdafiə xidmətlərinin, daha 4 milyardının isə “Dəmir Günbəz” və “David Sling” hava hücumundan müdafiə sistemlərinin ehtiyatlarının artırılmasına sərf ediləcəyi gözlənilir.

Bundan əlavə, silahların alınmasına 3,5 milyard dollar, ABŞ-ın regiondakı cari hərbi əməliyyatlarına isə 2,4 milyard dollar xərclənəcəyi gözlənilir. Həmçinin 1,2 milyard dollar “Iron Beam” hava hücumundan müdafiə sisteminə xərclənəcək./Azertag/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05