ABŞ Kolumbiya Prezidenti və ailə üzvlərinin aktivlərini dondurdu
ABŞ administrasiyası narkotik kartelləri ilə əlaqələri və mütəşəkkil cinayətkarlıqla mübarizədə uğursuzluğuna görə Kolumbiya Prezidenti Qustavo Petroya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.
Yenicag.az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent deyib.
“Prezident Qustavo Petro hakimiyyətə gələndən bəri Kolumbiyada kokain istehsalı sürətlə artdı, amerikalıları zəhərlədi. Prezident Petro narkotik kartellərinin çiçəklənməsinə icazə verdi və onları dayandırmaqdan imtina etdi”, deyə “X”də yazıb.
“Bu gün prezident Tramp ölkəmizi qorumaq üçün qətiyyətli addımlar atır və narkotiklərin ölkəmizə qanunsuz daxil olmasına dözməyəcəyimizi açıq şəkildə bildirir”, – Bessent əlavə edib.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Kolumbiya Prezidenti Qustavo Petro, onun həyat yoldaşı Veronika Alkoser Qarsiya və oğlu Nikolas Petro, eləcə də ölkənin daxili işlər naziri Armando Benedettinə sanksiyalar təyin edib . Onların ABŞ-dəki aktivləri dondurulacaq.












