!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Konqresində Azərbaycanın siyasəti təqdir olundu

!Reklam – Yazi

24 aprel 2018-ci il tarixində, ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Steve Cohen bəyanatla çıxış edib və ABŞ-ın “Etnik Anlaşma Fondu” tərəfindən cari ilin 18 aprel tarixində Konqresdə Azərbaycan-İsrail münasibətlərinə həsr olunmuş tədbirin əhəmiyyətini vurğulayıb.

Yenicag.az-ın Trend-ə istinadən bildirir ki, bəyanatda daha sonra, Azərbaycan Respublikasında fəal yəhudi icmasının yaşadığı və əhalisinin çoxunun müsəlmanlardan ibarət olmasına baxmayaraq, Azərbaycanın İsrail ilə dost münasibətləri ilə seçilən ölkə olduğu bildirilib. Bununla yanaşı, Sovet İttifaqından öz müstəqilliyini elan edəndən dərhal sonra, Azərbaycan Respublikasının 1992-ci ildən etibarən ABŞ-la güclü diplomatik münasibətlərə malik olduğu vurğulanıb.

Azərbaycan Respublikasının İsrail dövləti ilə öz tərəfdaşlığını saxladığı və gücləndirdiyi bəyanatda qeyd olunub.

Bəyanatda həmçinin, bu il Azərbaycan Respublikasının müsəlman dünyasında ilk demokratik respublika qurmasının yüzilliyinin qeyd olunduğu vurğulanıb.

www.yenicag.az

3248
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv