ABŞ: “Krımın ilhaqını heç vaxt qəbul etməyəcəyik“

“ABŞ Krımın Rusiya Federasiyası tərəfindən ilhaqını heç vaxt qəbul etməyəcək”.

Yenicag.az xəbər verir ki, bu sözləri Ukraynanın Müstəqillik günü ilə əlaqədar bu ölkədə səfərdə olan ABŞ-ın müdafiə naziri Ceyms Mettis deyib. Prezident Pyotr Poroşenko ilə görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edən amerikalı nazir ABŞ-ın Ukrayna ilə birlikdə olduğunu bildirib: “Amerika Birləşmiş Ştatları Ukraynanın yanında dayanır. Biz Krımın ilhaqını qəbul etmirik və heç vaxt qəbul etməyəcəyik”.

C. Mettis ABŞ-ın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb: “ABŞ və onun müttəfiqləri Minsk razılaşmalarını yerinə yetirməsi üçün Rusiyaya təzyiq edəcəklər”.

P. Poroşenko isə görüşdə Rusiya təcavüzünə qarşı atılacaq addımları müzakirə etdiklərini söyləyib: “Bugünkü danışıqlarda biz sözsüz ki, Rusiyanın Ukraynaya qarşı təcavüzünə qarşı atılacaq addımları nəzərdən keçirdik – bu, əsas məsələdir”. (APA)

Yenicag.az

COP29