ABŞ lideri Ukrayna münaqişəsini də tezliklə həll edəcəklərini deyib

media-hightechnic-468x90

Biz 8 müharibəyə son qoyduq. Qarşıdan biri gəlir. Onun həlli üzrə irəliləyişlər əldə etdik.

Yenicag.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Dünya İqtisadi Forumu çərçivəsində İsveçrənin Davos şəhərində Qəzza üzrə “Sülh Şurası”nın nizamnaməsinin rəsmi imzalanma mərasimində çıxışı zamanı deyib.

Tramp etiraf edib ki, Ukraynada gedən müharibəni “ən asan müharibə” hesab edirmiş, lakin vəziyyət əksinə olub.

Bununla belə, ABŞ lideri bu müharibənin də tezliklə həll edəcəklərini deyib.

“Biz çox görüşlər keçirdik və irəliləyişlər əldə etdik”, – o vurğulayıb./apa

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa