ABŞ-nin ehtiyatlı TAKTİKİ GEDİŞİ: İrana birbaşa hücum niyə təxirə salındı?

media-hightechnic-468x90

“ABŞ bu gecə İrana zərbə endirsəydi, bu, rejimin daxildə güclənməsinə səbəb olacaqdı”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

media-gr5scigbuo1fhgvum5zwetgro44xsjgiffgjdono_1200

Politoloq ABŞ-nin sabiq prezidenti Donald Trampın İrana hücumu təxirə salması ilə bağlı açıqlamasını şərh edərək, bunun səbəblərini sadalayıb:

“ABŞ prezidenti İrana qarşı hücum əməliyyatlarını planda saxlayır. Bu müstəvidə Avropada və Yaxın Şərqdə müəyyən hərbi qüvvələrini yerləşdirib. Buna baxmayaraq, Amerikanın və İsrailin planı ondan ibarətdir ki, etiraz aksiyaları rejimi dəyişməlidir”.

M. Əsədullazadə qeyd edib ki, ABŞ-nin hərəkətə keçməsi İranın sərt cavabı ilə nəticələnə bilərdi:

“Əgər hücum edilsə, İran da İsrailə əks-zərbə ilə cavab verəcək. Bu da xalqın artıq küçələrdən, meydanlardan çəkilməsinə gətirib çıxaracaq. ABŞ-nin və ya İsrailin indiki məqamda hücumu bir növ rejimin daxildə güclənməsinə səbəb olacaq. Biz bilirik ki, İranda baş verənlər heç də azadlıq hərəkatı deyil. Ölkədə iqtisadi inflyasiya, dollar qarşısında riyalın ucuzlaşması və həyat bahalılığı kimi proseslər müəyyən etirazlara yol açdı.

Əgər sosial vəziyyət yaxşı olsaydı, heç bir etirazdan söhbət belə gedə bilməzdi. ABŞ və İsrail bu prosesdən istifadə edərək, öz şəbəkəsini İranda yerləşdirdi və etiraz aksiyalarının katalizator rolunu oynamasına nail oldu. Düşünürəm ki, bu aksiyalar daha geniş şəkildə yayılsa və ağır silahlarla hökumətlə qarşıdurmaya qədər davam etsə, ABŞ artıq İrana hücum edəcək. Hazırkı mərhələdə isə tərəflər çalışır ki, məhz aksiyalar vasitəsilə rejimin dəyişdirilməsinə nail olsunlar”.

Politoloq İranın hərbi gücünün nəzərə alınmalı olduğunu vurğulayıb:

“İranın hazırda çox böyük hərbi gücü, raket kompleksləri, yetərli arsenalları və aviasiyası var. Tehran hər iki ölkənin ərazisinə və Yaxın Şərqdəki qüvvələrinə önəmli zərbələr endirə bilər. Proses bu istiqamətdə davam edir, Tramp da hələ ki gözləmə mövqeyindədir”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa