ABŞ-nin hərbi təlimatçıları Ermənistana gediblər

media-hightechnic-468x90

ABŞ-nin hərbi təlimatçıları bu gün Ermənistana gediblər.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.

“Müdafiə əməkdaşlığı çərçivəsində aprelin 1-də bir qrup ABŞ mobil təlimatçısı Ermənistana səfər edib. Müdafiə Nazirliyinin inzibati kompleksində aprelin 1-dən 5-dək təlimatçılar qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşları və “Zinuj Media” dövlət qurumu ilə ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində təcrübə mübadiləsi aparmaq üçün təlimlər keçirəcəklər”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, təlimatçıları qarşılayanlar arasında Ermənistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan da olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600