ABŞ-nin "TRIPP" mesajı kimədir? — Politoloq hədəf ölkələri AÇIQLADI
“ABŞ-nin regionda olmasını istəmirlər”
Bunu Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

O, ABŞ-nin vitse-prezidenti Ceyms Di Vensin “TRIPP artıq həyata keçirilir, bundan sonra heç bir güc onu dayandıra bilməz” mesajının kimə yönəldiyini şərh edib.
Politoloq bildirib ki, mesaj birbaşa Rusiyaya və İrana yönəlikdir:
“Çünki ABŞ-nin əsas hədəf istiqamətləri həmin ölkələrdir. Yəni Rusiya, İran və Çin. Əslində, Pekin üçün o qədər də fərqi yoxdur. Çin ‘qazan-qazan’ prinsipinə əsaslanaraq addım atır.
Əsas problem İran və Rusiya üçündür. Çünki ABŞ-nin Cənubi Qafqazda fəaliyyətini istəmirlər. Düşünürlər ki, əgər layihə varsa, biz də orada iştirak eləməliyik. Yaxud da ümumiyyətlə ABŞ-nin regionda olmasını istəmirlər”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












