!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin Türkiyə düşmənçiliyi: "Bu, Ərdoğan hakimiyyətinə qarşı aparılan bir oyundur"

!Reklam – Yazi

“Türkiyənin Rusiya ilə yaxınlaşması, Orta Şərqdə əməliyyatlar həyata keçirməsi Amerika üçün narahatlıq doğuran amildir”.

Bu sözləri Türkiyə maliyyə bazarındakı çaxnaşma və lirənin beynəlxalq rezerv valyutalar qarşısında kəskin ucuzlaşmasında Qərb faktorunun rolunu dəyərləndirən Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədri, politoloq Elman Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Politoloq hesab edir ki, türk lirəsinin ucuzlaşmasında əsas Amerika faktorudur:

“Məlumdur ki, dollar siyasəti Amerikanın qurduğu bir oyundur. Bu, Ərdoğan hakimiyyətinə qarşı aparılan bir oyundur. Ərdoğan Türkiyəni dünya gücləri sırasına daxil edə bildi. Ancaq Türkiyənin güclənməsi hər kəsə sərf eləmir. Xüsusilə də Qərb və Amerika Türkiyənin güclənməsindən qıcıqlanır. Bayden hakimiyyətə gələn zaman bəyan edirdi ki, Ərdoğanı çevrilişlə yox, müxalifətə dəstək verməklə, daxili çaxnaşma yaradaraq devirməyə çalışacağıq. Türkiyənin Rusiya ilə yaxınlaşması, Orta Şərqdə əməliyyatlar həyata keçirməsi Amerika üçün narahatlıq doğuran amildir. Amerikanın Orta Şərq projesi var. Ona görə öncəliklə İsrail dövlətinin bölgədə yaranmasına şərait yaratdı, daha sonra isə bölgədə öz maraqları üçün qruplar (PKK, YPB, PYD) yaratdı. Ancaq projeni həyata keçirərkən çox maneələrlə rastlaşdı. Bölgənin geopolitikası fərqli donlar geyindi. Həm Rusiya, həm Türkiyə, həm də Avropanın maraqları Amerikaya maneə oldu və nəticədə Orta Şərq konflikti yarandı”.

Gülşən Şərif

www.yenicag.az

438
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv