ABŞ-nin Venesuelada çevriliş planı niyə BAŞ TUTMADI? - Türkiyəli ekspertdən ŞƏRH

media-hightechnic-468x90

“ABŞ Prezidenti Donald Trampın Venesuelaya qarşı mümkün quru əməliyyatı başlatma ehtimalını nəzərə alaraq demək olar ki, o, həm beynəlxalq vəziyyəti, həm də Venesueladakı rejimin quruluşunu düzgün qiymətləndirmir. Tramp əməliyyatı “narkotiklərlə mübarizə” savaşı kimi təqdim etsə də, əslində bu, Venesuela Prezidenti Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmağa yönəlmiş rejim dəyişikliyi cəhdidir”.

media-9449

Bu fikirləri Yenicag.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Fatih Fuat Tuncer deyib.

O bildirib ki, ABŞ ordusunun bölgəyə xeyli sayda hərbi qüvvə toplamasının arxasında “narkotik əməliyyatı” dayana bilməz:

“Hərbi hərəkətliliyin miqyası dənizdə narkotik qaçaqmalçılığı ilə mübarizə üçün lazım olandan çoxdur. Əsas məqsəd Venesuela ordusuna və Maduronun yaxın çevrəsinə təzyiq göstərərək onları hərəkətə keçməyə məcbur etməkdir. Lakin bu, Maduronu hərəkətə keçirməyə sövq edəcək, ya yox, hələlik məlum deyil. ABŞ Ədliyyə Nazirliyi və Dövlət Departamenti Maduronun saxlanmasına gətirib çıxaracaq məlumata görə 50 milyon dollarlıq mükafat təyin etsə də, bu lazımi effekti vermədi. Venesueladakı elitaların korrupsiya yolu ilə qazandıqları pullarla müqayisədə bu məbləğ əhəmiyyətsiz sayılır və rejim daxilində heç bir parçalanmaya səbəb olmadı. Avtoritar liderlərin sədaqət mexanizmləri və iqtisadi sanksiyalara qarşı dayanıqlılığı bu mükafatı təsirsiz edib. Bütün bunlar Trampın Venesuela rejiminin daxili dinamikalarını səhv qiymətləndirdiyini göstərir”.

Ekspert bildirib ki, iki ölkə arasında hərbi qarşıdurma ABŞ-nin beynəlxalq hüquqa uyğunluğunu sual altına alacaq:

“ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Latın Amerikasındakı əvvəlki müdaxilələri fonunda, mümkün münaqişə bölgədə Vaşinqtona qarşı mənfi münasibəti daha da gücləndirə bilər. Bundan başqa, ABŞ-nin Venesuelada genişmiqyaslı hərbi əməliyyata yönəlməsi qlobal diqqəti və resursları Ukraynadakı müharibədən uzaqlaşdıra bilər. Bu, Ukraynaya verilən dəstəyin zəifləməsinə gətirib çıxara, eyni zamanda Rusiyaya öz addımlarını müdafiə etmək üçün diplomatik arqumentlər qazandıracaq. Rəsmi Vaşinqtonun belə birtərəfli hərəkəti beynəlxalq ittifaqlar daxilində fikir ayrılıqlarını da dərinləşdirə bilər”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa