ABŞ Orta Asiya ölkələrini Rusiya və Çinin təsirindən QOPARIR - ŞƏRH

media-hightechnic-468x90

“ABŞ Orta Asiya ölkələrini Rusiya və Çinin təsir dairəsindən qoparmaq istəyir”.

media-zelimxan_memmedli-musahibe

Bu sözləri Orta Asiya ölkələri rəhbərlərinin ABŞ-yə səfəri, bu səfərdən çıxacaq nəticələr və Türk Dövlətləri Təşkilatının gələcək perspektivini Yenicag.az-a şərh edən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.

O bildirib ki, Türk Dövlətləri Təşkilatının legitimləşməsi istiqamətinə addımlar atılır:

“Orta Asiya dövlətləri dünyada iddialı mərkəzlərdən olan Çin və Rusiyanın buxovu altında idi. Bu coğrafiyada türk dünyasından təcrid olunmuş türk dövlətləri vardı. Ortada Türk Dövlətləri Təşkilatı (TDT) strukturunun olması bizim millətin strateji düşüncə qabiliyyətini ortaya qoyan faktordur.

TDT hazırda dünyanın güc mərkəzlərinin nüfuz dairəsindədir. Avropa İttifaqının Orta Asiyaya heç bir dəxli yoxdur, ancaq onlar getdilər və saziş də imzaladırlar. Avropa müəyyən mənada Asiyanın bu mərkəzi ilə maraqlanır və özunə çəkmək istəyir. TDT bir güc mərkəzinə çevrilir və ABŞ də bunun fərqindədir. Bu güc mərkəzi digər güc mərkəzləri olan Rusiya və Çinlə sərhəddədir”.

Siyasətçi bildirib ki, ABŞ-nin hazırda atdığı addımlar təsir dairəsi uğrunda mübarizədir:

“Orta Asiya ölkələrinin ABŞ-yə çağırılması o deməkdir ki, rəsmi Vaşinqtonda rəqabətdə olduğu coğrafiyadakı ölkələri öz tərəfinə çəkmək niyyətindədir. Eyni zamanda ABŞ Orta Asiya ölkələrini Rusiya və Çinin təsir dairəsindən qoparmaq istəyir.

TDT-nin beynəlxalq aləm tərəfindən tanınması və legitimləşməsi istiqamətində addımlar atılır. Dünya ya bu təşkilatı tanımalıdır, ya da neytral qalınmalıdır, kiminsə də rəqib olacağı da mümkündür. Bütün hallarda Orta Asiya ölkələri rəhbərlərinin Vaşinqtona səfəri həm Azərbaycanın, həm Avropa İttifaqının maraqlarına uyğun olan məsələdir”.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa