Prezident Ərdoğan qarşıladı! – ABŞ lideri Tramp Ankaradadır

media-hightechnic-468x90

ABŞ Prezidenti Trampı daşıyan təyyarə Ankaraya eniş edib.

media-banner_tkm

ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammiti çərçivəsində Türkiyəyə gəlib. Trampı daşıyan təyyarə Ankara Hava Limanına enib. ABŞ liderini hava limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Ankaranın ev sahibliyi ilə keçiriləcək 36-cı NATO Dövlət və Hökumət Başçıları Sammiti çərçivəsində Ağ Ev Trampın Türkiyə proqramını açıqlayıb. Tramp Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanıb

media-cumhurbaskani-erdogan-karsiladi-abd-baskani-trump-ankarada-1801706_202607071419_20260707141957_3

Prezident iqamətgahında (Külliyə) təşkil olunacaq rəsmi qarşılama mərasimindən sonra Prezident Rəcəb Tayyib Ərdoğan ilə Trampın saat 15:00-da əvvəlcə təkbətək, daha sonra isə nümayəndə heyətləri arasında görüş keçirməsi planlaşdırılır.

Çərşənbə günü Tramp NATO-nun rəsmi qarşılama mərasiminə və ailə fotosunun çəkilişinə qatıldıqdan sonra NATO Liderlərinin İş Toplantısında iştirak edəcək.

ABŞ Prezidenti çərşənbə günü günortadan sonra Ukrayna Prezidenti Volodimir Zelenski və Suriya Prezidenti Əhməd Şara ilə də ikitərəfli görüşlər keçirəcək. Tramp elə həmin gün Ankaradan ayrılmazdan əvvəl mətbuat konfransı da təşkil edəcək.

Məsimə

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05