Qazla bağlı rüsum LƏĞV EDİLİR

media-hightechnic-468x90

Qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə – 20 manat dövlət rüsumu ləğv edilir.

media-banner_tuq

Yenicag.az Bizim.media-ya istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişiklikdə öz əksini tapıb.

Belə ki, yeni “Qaz təchizatı haqqında” qanunda ləğv edilmiş 30 iyun 1998-ci il tarixli qanundan fərqli olaraq qaz qurğularının xəritələrinin dövlət rüsumu ödəməklə sifarişçilərə verilməsi müddəası nəzərdə tutulmadığından “Dövlət rüsumu haqqında” qanunda müvafiq dəyişiklik edilir (18.59-cu maddə ləğv edilir).

Eyni zamanda “Energetika haqqında” Azərbaycan Respublikasının qanununda terminoloji xarakterli uyğunlaşdırma həyata keçirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05