Putin müharibəni "Hələb qəssabı"na tapşırdı: Ukraynanı aclıqla sınağa çəkir? – TƏHLİL

media-hightechnic-468x90

Rusiya Prezidenti Vladimir Putin Aerokosmik Qüvvələrin komandanı Aleksandr Çaykoya Ukraynaya qarşı keçirilən hərbi əməliyyatlarda tam hərəkət sərbəstliyi verib. Kremldən gələn son təlimata əsasən, orduya Ukraynanın enerji sistemi ilə yanaşı, ilk dəfə olaraq strateji ərzaq infrastrukturunu da tamamilə məhv etmək əmri çıxarılıb. Qeyd edək ki, əməliyyatların rəhbərliyinə gətirilən general Aleksandr Çayko radikal və qəddar üsullarına görə dünya mediasında “Hələb qəssabı” ləqəbi ilə tanınır.

media-banner_tuq

Mövzu ilə bağlı Yenicag.az-a xüsusi şərh verən politoloq Sahil Kərimli Kremlin bu gedişini Putinin “qanlı planı” kimi dəyərləndirib:

media-download-54

“Rusiya-Ukrayna müharibəsi hər ötən gün daha faciəli, daha acınacaqlı hal alır. Tərəflər bir-birinə qarşı daha öldürücü zərbə endirmək haqqında qərarlar verirlər və bu, müharibəni daha da qızışdırır. Hər ötən gün şəhərlər, kəndlər, qəsəbələr dağıdılır və işğal edilir, mülki itkilər çoxalıb. Putinin son günlərdə daha sərt, kəskin qərarlar verməsi, orduya Ukraynaya daha ağır zərbələr endirməklə bağlı tapşırıqlar verməsi müharibəni daha da qızışdırır. Rusiya prezidentinin orduya Ukraynanın strateji və enerji obyektləri ilə yanaşı, eyni zamanda ərzaq obyektlərinin vurulması ilə bağlı tapşırıqlar verməsi, ərzaq infrastrukturunu məhv etməklə bağlı tapşırıqlar verməsi də ciddi məqamlardan biridir. Hesab edirəm ki, bu, çox ciddi siqnalıdır. Bu prosesi Rusiya Aerokosmik Qüvvələrinin komandanı Çaykoya tapşırmaqla Putin onu göstərir ki, bu hərbi əməliyyatlar daha ağır vüsət alacaq. Çayko Suriyada aparılan əməliyyatlar zamanı olduqca sərt və qəddar hərəkətləri ilə yadda qalıb. Putinin bu əmri müharibə qanunlarına da ziddir. Enerji infrastrukturu ilə yanaşı, ərzaq infrastrukturunun məhv edilməsi müharibə qanunlarına uyğun deyil. Müharibə və hərbi əməliyyatlar yalnız hərbi obyektlərə qarşı həyata keçirilməlidir. Biz isə burada daha qəddar addımlar görə bilirik. Qarşıdakı günlərdə müharibənin daha böyük vüsət alacağı ehtimalı böyükdür. Rusiya belə qərar veribsə, bu hərbi zərbələr Ukrayna tərəfindən də qarşılıqsız qalmayacaq və Rusiyaya adekvat cavab vermək hüququnu özündə saxlayacaq. Bu isə müharibəni daha da qanlı müstəviyə aparacaq.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05