Hikmət Babaoğlu: "Türkiyədə keçirilən NATO sammiti həm Ankara, həm də alyans üçün böyük əhəmiyyət kəsb edir"

media-hightechnic-468x90

“NATO-nun vermədiyi silahları Türkiyənin özünün istehsal etməsi Türkiyəni NATO-da daha da önə çıxardı.”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat bu gündən etibarən Türkiyənin paytaxtında NATO sammiti keçirilməsi haqqında öz fikirlərini bölüşərək, bu sammitin Türkiyənin son illərdə daha çox inkişaf etməsi ilə bağlı olduğunu bildirdi:

“Türkiyədə keçirilən NATO sammiti şübhəsiz ki, həm Türkiyənin ev sahibliyi etməsi baxımından, həm də NATO-nun böyük siyasi alyans kimi fəaliyyəti baxımından əhəmiyyətlidir. Türkiyə üçün ona görə əhəmiyyətlidir ki, Türkiyəyə həmişə NATO-nun ‘bir köynək uzaq olan’ üzvü kimi baxılıb. Qurumun digər ölkələrində mövcud olan ən müasir silah, sursat, müasir təyyarələr və digər arsenalın Türkiyəyə verilməsi həmişə məhdudiyyətlərlə qarşı-karşıya qalıb. Bu gün başlayan NATO sammitində ABŞ və Türkiyə prezidentləri arasında məhdudiyyətlərin aradan qaldırılması və digər məsələlər müzakirə olunacaq. Düşünürəm ki, bütün bunlar Türkiyə üçün əhəmiyyətlidir.”

H. Babaoğlu qeyd edib ki, Türkiyə son illərdə öz gücü ilə hegemon dövlətə çevrilib:

“Zirvə görüşünün Türkiyədə keçirilməsinin digər səbəbi hazırda Yaxın Şərqin və Şimali Afrikanın dünya siyasətinin nəzər-diqqətində olmasıdır. Müharibə gedir, bu müharibələrin necə bitəcəyi ilə bağlı hələ də aydınlıq yoxdur. NATO-ya belə bir zirvə görüşü ona görə lazımdır ki, kökü daha əvvələ dayanan fikir ayrılıqları son bir neçə ildə özünü çox açıq şəkildə büruzə verdi və ittifaq üzvləri arasında etimadı sarsıtmış oldu. Yaranmış bu vəziyyət NATO üzvlərinin hər birinin təhlükəsizliyini təhdidə çevirdi. ABŞ Yaxın Şərq müharibəsində NATO üzvlərinə hər nə qədər xitab etdisə də, bütün müraciətləri nəticəsiz qaldı. Ona görə də ümumi platformaya ehtiyac vardı və bunun üçün Türkiyənin seçilməsi, son dövrlərdə NATO-nun vermədiyi silahları özünün istehsal etməsi Türkiyəni daha da önə çıxardı. Bu isə Türkiyənin NATO-da əhəmiyyətini üzə çıxarmış olur. Ümid edirəm ki, bu sammit qardaş ölkənin lehinə olan bir sammitdir və Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaq.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05