!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ qüvvələrinin Ermənistana gələcəyi tarix açıqlandı

!Reklam – Yazi

Marqara və Ani-Pemziysk rayonlarında Rusiya sərhədçilərinin tərkibində xidmət edən erməni sərhədçilər artıq yeni iş axtarırlar.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşr iddia edib ki, rus sərhədçilərin sözügedən ərazidən çıxarılması gündəmdədir və birgə imzalanmış sazişə uyğun olaraq, ABŞ sərhədçilərindən ibarət qrup fevralda Ermənistana gələcək:

“Bu o deməkdir ki, Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində gömrük və sərhəd nəzarəti amerikalı mütəxəssislər tərəfindən həyata keçiriləcək. Qonşu İranın buna necə reaksiya verəcəyini avropalı müşahidəçilərin fəaliyyətinə verdiyi reaksiyalarla qiymətləndirmək olar. Tehran hesab edir ki, Ermənistan İrana qarşı kəşfiyyat məlumatları toplamaq üçün öz ərazisini Qərbə verir”.

Qeyd edək ki, 14 yanvarda ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq xartiyasının imzalanma mərasimində ovaxtkı Dövlət katibi Entoni Blinken ABŞ sərhədçilərinin və mütəxəssislərin Ermənistana “gələn həftə” (yanvarın 21-nə qədər) göndəriləcəyini bildirmişdi. Lakin ABŞ qüvvələrinin gəlişi ilə bağlı heç bir məlumat yoxdur.

www.yenicag.az

93
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv