“ABŞ-Rusiya əməkdaşlığı imtahandan keçir”

media-hightechnic-468x90

nbvnvbvhgAraz Əzimov: “ABŞ-Rusiya əməkdaşlığı imtahandan keçir”

“Ən güclü nüvə silahları ABŞ və Rusiyadadır. Beynəlxalq quruluş, beynəlxalq vəziyyət ABŞ və Rusiyanın riskli addımlar atmasından çox asılıdır”.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

Nazir müavini qeyd edib ki, Ukraynadakı vəziyyətlə bağlı ABŞ-Rusiya əməkdaşlığı və əlaqələri imtahandan keçir: “Hər iki tərəf çalışır ki, diplomatik üsullarla vəziyyətdən çıxış yolu tapsın. Eyni zamanda müzakirələr getdiyi, Cenevrə toplantısında sənəd qəbul edildiyi halda, ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə məşğuldur”.

Rusiya və ABŞ arasında soyuq münasibətlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına təsiri barədə danışan A. Əzimov deyib ki, bu iki dövlət beynəlxalq aləmdə əlaqələrin hansısa mərhələdə soyuması halında belə, əsas oyunçulardır: “Beləliklə, burada söhbət əlaqələrin pisləşməsindən yox, əsrlər boyu formalaşan beynəlxalq vəziyyətin, ərazilərin, sistemin ciddi imtahandan keçməsindən gedə bilər. ABŞ və Rusiya keçmişdə də bu cür çətin vəziyyətlərdən keçiblər, ümid edirəm ki, bu halda da çıxış yolu tapılacaqlar. Amma Avropa, ABŞ və Rusiya Ukrayna ilə bağlı çox çətin vəziyyətlə üzləşib. İstəməzdim ki, bu məsələdən ATƏT-in Minsk qrupu çərçivəsində gedən prosesdə də sui-istifadə edilsin, yaxud kimsə belə fikrə düşsün. Çünki proses sağlam əsaslar, beynəlxalq hüququn norma və prinsipləri əsasında qurulmalıdır”(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600