Pakistan və Səudiyyə Ərəbistanı XİN başçıları Dohadakı danışıqları müzakirə etdilər

media-hightechnic-468x90

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Səudiyyə Ərəbistanından olan həmkarı Feysəl bin Fərhan arasında telefon danışığı baş tutub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində məlumat yayılıb.

Bildirilib ki, telefon danışığı zamanı tərəflər regional vəziyyəti, xüsusilə Dohada keçirilən son vasitəçilik danışıqlarını müzakirə ediblər.

Nazirlər danışıqlarda əldə olunan müsbət irəliləyişdən məmnunluqlarını ifadə edib, müzakirələrin yaxın gələcəkdə də davam etdiriləcəyinə ümid etdiklərini bildiriblər.

Feysəl bin Fərhan Pakistanın İslamabad Memorandumunun icrası istiqamətində göstərdiyi səyləri və bu prosesə sadiqliyini, həmçinin regionda dialoqun inkişafı və davamlı sülhün təşviqində oynadığı rolu yüksək qiymətləndirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05