Deputatdan təklif: Regiona gedən həkimlərə ev, yüksək maaş və ipoteka güzəşti verilsin

media-hightechnic-468x90

“Azərbaycanda həkim kadrlarının ümumi sayı bəzi ölkələrlə müqayisədə pis deyil. Amma əsas problem kadrların coğrafi bölgüsüdür”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu “Unikal”a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib.

O bildirib ki, həkimlərin böyük hissəsi Bakı, Sumqayıt, Gəncə və digər iri şəhərlərdə cəmləşir:

“Regionlarda isə xüsusilə pediatr, anestezioloq-reanimatoloq, radioloq, psixiatr, endokrinoloq, nevroloq və cərrah kimi ixtisaslar üzrə çatışmazlıq qalır. Bu problemi yalnız inzibati çağırışlarla həll etmək mümkün deyil. Region həkimi üçün ayrıca stimullaşdırıcı paket olmalıdır. Bura yüksək əməkhaqqı əmsalı, xidməti mənzil və ya kirayə dəstəyi, güzəştli ipoteka, uşaqlarının təhsil imkanları, davamlı peşə hazırlığı, rotasiya sistemi və karyera yüksəlişi mexanizmi daxildir. Gənc həkim bilməlidir ki, regionda işləmək onun peşə inkişafını zəiflətmir, əksinə, ona əlavə üstünlük verir”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05