Türkiyənin hərbi-sənaye kompleksinin aparıcı şirkətləri yeni məhsullarını təqdim edəcək

media-hightechnic-468x90

Türkiyənin hərbi-sənaye kompleksinin aparıcı şirkətləri istehsalla bağlı yeniliklərini Ankarada keçiriləcək “NATO Müdafiə Sənayesi Forumu 2026”da təqdim edəcək.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, yeni məhsullar Ankaranın Kahramankazan rayonundakı TUSAŞ şirkətinin kompleksində nümayiş olunacaq.

Tədbir NATO Liderlər Sammitinin ikigünlük proqramı çərçivəsində Türkiyə Prezident Administrasiyasının yanında Müdafiə Sənayesi İdarəsinin himayəsi altında keçiriləcək.

Tədbirdə hərbi təyyarələrin və pilotsuz uçuş aparatlarının nümayiş uçuşları da planlaşdırılır.

Qeyd edək ki, keçən ilin nəticələrinə görə Türkiyənin müdafiə sənayesi sahəsində ixracatı 10 milyard dolları keçib. Hərbi-sənaye kompleksinə aid məhsulların xaricə tədarükünün 55 faizi NATO və Avropa İttifaqı ölkələrinin payına düşüb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05