Vüsal Nəsirli bu idarələri ləğv etdi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus bir sıra yol istismar qurumları ləğv olunduğunu elan edib.
Yenicag.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub.
Məlumata görə, agentliyin ləğv olunduğunu elan yol istismar şirkətləri aşağıdakılardır:
– “Bakı 1 №-li Yol İstismarı” MMC – direktoru Zaur Həmzəyev;
– “Bakı 5 №-li Yol İstismarı” MMC – direktoru İntiqam Hüseynov;
– “Bakı 6 №-li Yol İstismarı” MMC – direktoru Tural Dəmirli;
– “Bakı 7 №-li Yol İstismarı” MMC – direktoru Müşviq İmranov;
– “Bakı 8 №-li Yol İstismarı” MMC – direktoru Cabir Qurbanov;
– “Bakı 9 №-li Yol İstismarı” MMC – direktoru Natiq İsmayılov;
– “Bakı 10 №-li Yol İstismarı” MMC – direktoru Elman Cavadi;
– “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Etibar Kərimov;
– “17 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Şahin Süleymanov;
– “18 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Camal Sadıxov.
Xatırladaq ki, daha əvvəl 1, 2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri və 1 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC, 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunub. Bundan əlavə, 4, 5, 6, 7, 8, 9 və 10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri də ləğv olunduqlarını elan edib.













