Venesuelada 44 yaşlı kişi 7 gündən sonra dağıntılar altından sağ çıxarıldı
Venesuelada xilasedicilər “Galeras Playa Grande” ticarət mərkəzinin dağıntıları altından 44 yaşlı kişini sağ vəziyyətdə çıxarıblar.
Yenicag.az xəbər verir ki, bu barədə Salvador Prezidenti Nayib Bukele “X” sosial şəbəkəsində paylaşım edib.
Məlumata görə, kişi ticarət mərkəzinin qalıqları altında yeddi gündən çox qalıb. Xilasetmə əməliyyatı uzunmüddətli və çətin şəraitdə aparılıb. Bukele onun sağ tapılmasını xilasedicilərin peşəkarlığı və əzmkarlığının nəticəsi kimi qiymətləndirib.













