Könül Nurullayeva: “Şəhid polislərin qəhrəmanlığı gələcək nəsillər üçün örnəkdir”

media-hightechnic-468x90

“Azərbaycan polisi Vətən müharibəsi və ondan sonrakı dövrdə də yüksək vətənpərvərlik nümayiş etdirərək dövlət təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb.”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

media-img_9181

Deputat Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümünə dair danışıb.

K. Nurullayeva Azərbaycan polisinin keçmişi, dünəni və bu günü haqqında geniş yol xəritəsini bu sözlərlə izah edib:

“Hər il iyulun 2-si Azərbaycanda Polis Günü kimi qeyd olunur. Azərbaycanda ilk polis orqanlarının yaradılmasından 108 il ötür. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Bu əlamətdar tarix ölkəmizdə ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində fədakarlıqla xidmət göstərən polis əməkdaşlarına göstərilən yüksək ehtiramın ifadəsidir. Bu gün həm də qanunun aliliyinə, dövlətə sədaqətə və Vətənə xidmət missiyasına verilən dəyərin təcəssümüdür. Azərbaycan polisi müstəqillik illərində mürəkkəb və məsuliyyətli inkişaf yolu keçərək müasir çağırışlara cavab verən peşəkar hüquq-mühafizə sisteminə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanlarında həyata keçirilən ardıcıl islahatlar polis xidmətinin maddi-texniki bazasını gücləndirib, rəqəmsal texnologiyaların tətbiqini genişləndirib və vətəndaş məmnunluğunun artırılmasına xidmət edən yeni idarəetmə mexanizmləri formalaşdırıb. Polis orqanının fəaliyyəti ilə bağlı qanunvericilik təkmilləşdirilib. Bu gün Azərbaycan Polisi ictimai asayişin qorunması, mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, insan alveri və digər transmilli təhdidlərə qarşı mübarizədə yüksək peşəkarlıq nümayiş etdirir. Eyni zamanda, kütləvi tədbirlərin təhlükəsizliyinin təmin edilməsi, yol hərəkətinin tənzimlənməsi, fövqəladə hallarda operativ fəaliyyət və vətəndaşların hüquq və azadlıqlarının qorunması polis əməkdaşlarının gündəlik xidmətinin ayrılmaz hissəsidir. 6 il əvvəl bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusla mübarizə sınağından keçildi. Həmin çətin günlərdə də Azərbaycan polisi asayişi, təhlükəsizliyi və karantin tədbirlərinə əməl olunmasını yüksək səviyyədə təmin etdi. Hətta Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva koronavirus infeksiyası ilə bağlı xalqa müraciətində polislərə və daxili qoşunların hərbi qulluqçularına xüsusi təşəkkürünü bildirdi. Qeyd etdi ki, “bu çətin günlərdə asayişi, təhlükəsizliyi və karantin tədbirlərinə əməl olunmasını məhz onlar təmin edirlər”. Azərbaycan polisi Vətən müharibəsi və ondan sonrakı dövrdə də yüksək vətənpərvərlik nümayiş etdirərək dövlət təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. Daxili İşlər Nazirliyinin çoxsaylı əməkdaşları ön cəbhədə və cəbhəyanı ərazilərdə xidməti vəzifələrini şərəflə yerinə yetirərək döyüş əməliyyatlarında iştirak edib, azad edilmiş ərazilərdə ictimai təhlükəsizliyin təmin olunmasına, qanunçuluğun bərpasına və normal həyatın yenidən qurulmasına öz töhfələrini veriblər.”

Deputat İkinci Qarabağ müharibəsində Azərbaycan polisinin fədakarlığından da geniş söz açıb:

“Xidməti borcunu yerinə yetirərkən canını Vətənə qurban vermiş şəhid polis əməkdaşlarımız var. Onlar dövlətə sədaqətin, peşə borcuna bağlılığın və xalqına xidmətin ən ali nümunəsini göstərərək adlarını müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazıblar. İstər Birinci Qarabağ müharibəsində, istər 44 günlük Vətən müharibəsində, istərsə də antiterror əməliyyatı zamanı şəhid olan polis əməkdaşlarının əziz xatirəsi xalqımız tərəfindən böyük ehtiramla yad edilir. Şəhid polislərin fədakarlığı sübut edir ki, polis peşəsi yalnız hüquq-mühafizə fəaliyyəti deyil, həm də Vətənə sonsuz sədaqət, cəsarət və yüksək məsuliyyət deməkdir. Onların göstərdiyi qəhrəmanlıq gənc polis əməkdaşları üçün əsl vətənpərvərlik məktəbi, gələcək nəsillər üçün isə örnəkdir.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05