ABŞ Rusiyanı yalanladı – “Əsəd qanuni hakimiyyəti itirib”

media-hightechnic-468x90

eseddABŞ Suriya dövlət başçısı Bəşər Əsədin gələcəyi ilə bağlı fikirlərinin dəyişmədiyini açıqlayıb. Yenicag.az “Anadolu” Xəbər Agentliyinə istinadən xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyinin sözcüsü John Kirby bu barədə danışıb.

Əsədin ölkəni qanuni idarəetmə hüququnu itirdiyini bildirən sözcü bu barədə xəbər verən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovu təkzib edib.  

Qeyd edək ki, Ryabkov “İnterfax”a verdiyi açıqlamada “Rusiya Əsədin gələcəyi ilə bağlı müzakirənin qəbul edilməz olduğunu düşünürdü. Fəqət Moskvanın mövqeyi Vaşinqtonun mövqe dəyişikliyinə gətirib çıxardı. Suriyadakı mövcud siyasi prosseslər bu sayədə gerçəkləşdi” deyib.

Yenicag.az

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600