ABŞ sülh danışıqlarında son kartını AÇIR – Ukrayna müharibəsində dönüş OLACAQ?

media-hightechnic-468x90

“ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün göstərdiyi səylərin nəticə vermək ehtimalının zəif olduğu bir şəraitdə yenə də son cəhdlərinin etməsi təqdirəlayiq haldır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Siyasi təhlilçi ABŞ Prezidenti Donald Trampın Rusiyanı Ukrayna müharibəsi ilə bağlı apardığı siyasətdən vaz keçirməsi üçün atdığı addımları şərh edib.

Onun fikrincə, Prezidentlərin görüşünün keçiriləcəyi durumda hansısa irəliləyişlərin olması ehtimalı böyükdür:

“Bu, əslində, tarixi görüş ola bilər. Amma nəticə almaq baxımından çətin görüş olacağı kəsindir. Hesab edirəm ki, görüşdən ciddi nəticə gözləmək olmaz. Ancaq ikinci dərəcəli məsələlər üzərində razılaşmalar əldə etmək mümkündür Ancaq bir daha qeyd etmək lazımdır ki, bu görüşün tarixi əhəmiyyəti böyük olar. Ən azı, iki dövlət başçısı ikitərəfli görüşər. Dialoq pəncərəsi açılar. Ümid etmək olar ki, tərəflər aralarındakı problemi üz-üzə həll etmək şansı qazanar. Çünki onlar bir-birilərindən çox uzaq düşüblər. Tramp isə bu məsələdə sülh mükafatı əldə etməyə çalışır. Təzyiq yolunu ən axıra saxlayır. Ümid pəncərəsini açıq tutur. Burada konspirativ nəzəriyyələrə yol vermədən dövlət başçılarının üçtərəfli görüşü hər halda müharibənin dayandırılmasında böyük dəyişiklik edə bilər”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa