!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ Suriyanın şimalında kürdlər üçün terrorçu dövlət yaratmağa çalışır” - Türkiyəli ekspert

!Reklam – Yazi

“Amerikanın PKK-PYD terrorçuları ilə əlaqəsi dəfələrlə sübut olunub və heç Vaşinqton da bunu inkar etmir”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Suriyanın İdlib bölgəsində yaranmış vəziyyəti və Türkiyə-Rusiya münasibətlərini dəyərləndirən Sahipkıran Strateji Araşdırmalar Mərkəzinin aparıcı analitiki Süleyman Erdem deyib.

Süleyman Erdemin sözlərinə görə, ABŞ-ın PKK-PYD terrorçularını silahlandırması Vaşinqtonun Suriyanın şimalında “kürd dəhlizi” yaratmaq niyyətinin bir göstəricisidir:
“Fikrimcə, İdlib ətrafında vəziyyət kifayət qədər gərgindir və bölgədə maraqları toqquşan qüvvələr durumun mürəkkəbləşməməsi üçün bu məsələni müəyyən müddətə açıq saxlaya bilərlər.

Hazırda ABŞ-ın əsas məqsədi Suriyanın şimalında “kürd zolağı” yaratmaqdır. Amerika həmin zolağı Aralıq dənizinə qədər uzada bilməsə də, öz məqsədinə qismən nail olub. Vaşinqton PKK-PYD terrorçularının nəzarətindəki ərazilərin təhlükəsizliyinə təminat almaq üçün hətta Bəşər Əsədlə də sövdələşməyə gedər.

Əgər ABŞ indi Əsəd rejimini devirmək ideyasından imtina edibsə, o halda İdlib və oradakı müxalif qüvvələr artıq Vaşinqtona lazım deyil. Yox, əgər həmin ideya hələ qüvvədədirsə, onda vəziyyətin dəyişməsi ehtimalı qalır.

Mən Türkiyə ilə ABŞ arasında hansısa gizli razılaşmanın olduğuna inanmıram. Çünki PPK-PYD-yə münasibətdə Ankara ilə Vaşinqtonun maraqları çox kəskin formada toqquşur. Qəti şəkildə əminəm ki, ABŞ Suriyanın şimalında terrorçu dövlət yaratmaq istəyir və Türkiyənin etirazlarına baxmayaraq, Vaşinqtonun siyasəti, o cümlədən də Pentaqonun terrorçuları silahlandırması da bunu sübut edir. ABŞ-ın terrorçularla əlaqəsi dəfələrlə sübut olunub və heç Vaşinqton da bunu inkar etmir.

ABŞ-ın Suriyada onun maraqlarına zidd gedişata mane ola bilməməsi ilə bağlı deyə bilərik ki, Amerika güclü olsa da, hər halda Allah deyil və onun imkanlarının həddi var. Fakt faktlığında qalır ki, Türkiyənin tələblərinə rəğmən, ABŞ PKK-PYD ilə nəinki əlaqələrini kəsmədi, əksinə terrorçuları silahlandırmaqda davam etdi.

Ona görə ki, ABŞ Suriyanın şimalında “kürd dəhlizi” yaratmaq niyyətindədir və bu da Türkiyənin maraqlarına tamamilə ziddir. Belə bir vəziyyətdə Türkiyə məcburi olaraq Rusiya ilə yaxınlaşmağa və regional məsələlərdə onunla əməkdaşlıq etməyə başladı. Konkret desək, Türkiyəni Rusiya ilə əməkdaşlığa ABŞ-ın özü təhrik etdi”.

Söhbətləşdi Qafqaz Ömərov

COP29

www.yenicag.az

3481
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv