ABŞ və İran bu gün nüvə danışıqları aparacaq

media-hightechnic-468x90

İranın xarici işlər naziri Araqçi Omana səfər edib.

Yenicag.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

İranın xarici işlər naziri Abbas Araqçi ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti ilə bu gün keçiriləcək nüvə danışıqları çərçivəsində Omanın paytaxtı Maskata səfər edib.

Qeyd edək ki, Stiv Uitkoff da hazırda Maskatdadır.

Hər iki tərəfin Omanın xarici işlər naziri ilə ayrı-ayrılıqda görüşlər keçirməsi gözlənilir.

Danışıqların yaxın bir neçə saat ərzində Omanın xarici işlər nazirinin vasitəçiliyi ilə başlanacağı bildirilir.

Bu Trampın 2018-ci ildə nüvə sazişindən çıxmasından sonra Tehran və Vaşinqton arasında ən yüksək səviyyəli danışıqlardır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600