"Molla rejimi çökmür" ssenarisi: Vaşinqtonun Tehran planı niyə iflas etdi? – ŞƏRH

media-hightechnic-468x90

“Amerikanın imperialist planları İranı məhv edə bilmədi”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

media-images-2026-07-15t143824-109

Politoloq ABŞ-İran münaqişəsinin təhlilini apararaq, mərhum ali dini rəhbər Xomeyninin nəvəsi Əli Xomeyninin ölkə ərazisində xütbələr verməsi və son zamanlar aktiv siyasətçi kimi meydana çıxmasının səbəblərini izah edib:

“İranın indiki siyasi vəziyyətini çıxılmaz adlandırmaq düzgün deyil. Faktiki olaraq, hər bir dövrün özünəməxsus çətin vəziyyəti olur. Burada ölkəyə qarşı açıq formada iki dövlət tərəfindən təcavüz edilib. Bu, çox ağlasığmaz gedişdir. Çox sayda mülki insan ölüb, ölkənin ali dini rəhbəri, nazirlər, hərbçilər, alimlər və başqaları qətlə yetirilib. Dünyada belə bir barbarlığın, hansısa dövlət tərəfindən bu səviyyədə terror aktının edilməsinin misli görünməyib. İran xalqı da bu hücumlara cavab verdi. Amerikanın dünyaya göstərməyə çalışdığı, guya xalqın, millətin sevmədiyi molla rejimini insanlar birmənalı formada dəstəklədilər. Bu özü ondan xəbər verir ki, İran xalqı imperialist qüvvələrin təzyiqindən doyub və özünəməxsus müqavimət hissini bu tərzdə büruzə verir. Bir halda ki, ali dini rəhbər, onun ikiyaşlı nəvəsi və digər ailə üzvləri dünyasını dəyişibsə, Müctəba Xamneyi də ağır xəsarətlər alıb. O, əlbəttə ki, sağdır, müalicə aldığı üçün üzə çıxa bilmir, amma biz bunları sadəcə təxmin edə bilərik. Baş vermiş hadisənin izinə düşsək görərik ki, bu, çox dəhşətli raket zərbələri idi və oradan sağ çıxmaq demək olar ki, mümkün deyil. Ona görə də bu zərbələr nəticəsində ali dini rəhbər daxil olmaqla çox sayda insan tələf oldu.”

“Müctəba Xamneyinin səhhətində hansı problemlərin olduğunu deyə bilmərəm, amma Əli Xomeyninin meydana çıxması o deməkdir ki, İran hakimiyyətinin rotasiya imkanları həddən artıq genişdir. İranda bir neçə dini-fəlsəfi məktəb var. Xomeyninin, Misbah Yəzdinin, Behiştinin və bir çox digər alimlərin öz məktəbləri var. Onlar elə şəxsiyyətlərdir ki, dini sahədə özlərinin müəyyən etdikləri kursları var idi. İndiyə qədər də onların davamçıları fəaliyyət göstərirlər. Əgər vaxtilə öz aralarında dəhşətli ziddiyyətlər var idisə, indi qarşıdurma tendensiyaları kənara qoyulub. Ölkəyə xaricdən təcavüz olunub və hazırda birinci şəxslər daxili proseslərin həlli ilə məşğul olmağı birinci dərəcəli məsələ hesab etmirlər. Onlar bütün bu problemlərin hamısını daha münasib vaxta saxlayıblar.

Bu yaxınlarda prezident Pezeşkiyanın dilə gətirdiyi bir fikri diqqətə çatdırmaq istəyirəm. Pezeşkiyan bildirdi ki, əgər bizim ballistik raketlər sistemimiz olmasaydı, biz İraqdan da pis vəziyyətə düşəcəkdik. Əvvəllər bizi xalq qınayırdı ki, müdafiə və raket sisteminə, havadan hücum proqramına xeyli sayda vəsait xərcləyirik. İndi isə biz görürük ki, bu, nə dərəcədə uzaqgörən bir gediş idi. O, həmçinin əlavə etdi ki, biz müstəqil siyasət apardığımız üçün əvvəl-axır bu hücumun olacağını bilirdik. Nəzərə alsaq ki, İranda Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının təmsilçiləri yoxdur  İranın öz sistemi olduğu üçün onları inkar edir. Ona görə də Davosda Amerikanın maliyyə naziri bildirdi ki, İranın milli valyutasını çökdürmək üçün xüsusi proqram işləyib uğurla həyata keçirirdik və indi görürsünüz ki, nəticəni aldıq. Bu nəticənin alınması məhz fevralın 28-nə qədərki dövrə təsadüf etdi ki, artıq İrana hücum oldu. Şübhəsiz ki, ABŞ-İran münasibətlərində çox dərin böhranın izləri var. İran xalqı heç vaxt Amerikanın diktə siyasəti ilə barışmayacaq. Amerikanın İranda törətdiyi biabırçılıqlar, çevrilişlər, İran demokratiyasının boğulması  bunların hamısı Amerika prezidentlərinin üzərində qara ləkədir.”

Politoloq qeyd edib ki, ABŞ və İsrail formal olaraq bir-birinin müharibə məqsədlərinə alət olurlar:

“Bəzi hallarda ABŞ İsrailin alətinə çevrilir, bəzi hallarda isə əksinə. Müəyyən məqamlarda imkan ötürmələri, yerdəyişmələr edirlər ki, bu da dünya birliyini çaşdırır. Amma İran siyasi elitasının da bu məsələyə özünəməxsus yanaşması var. Təsadüfi deyil ki, Qərb beyin mərkəzləri hər zaman informasiya və ideoloji müharibədə İranın Qərbi üstələdiyini bildirirlər. Bütün dünya artıq anlayır və başa düşür ki, İrana qarşı sistemli formada hücum edilmişdi və bu ölkələr İranla bacara bilmədilər. İran xalqı uzun müddət idi ki, bu hücumlara hazırlaşırdı. Nəzərə alsaq ki, İranın 100 milyona yaxın əhalisi və digər tərəfdən böyük quruculuq potensialı var, baxmayaraq ki, Amerikanın düşünülmüş siyasəti ilə onun inkişafına mane olmağa çalışırdılar.”

T. Abbasov sonda İranın daxildə məşğul olmalı olduğu problemlərdən bəhs edib:

“Buna rəğmən, İran bu sınaqlarda duruş gətirə bildi. Hər bir halda, ölkə daxilində ciddi problemlər mövcuddur. Sosial çətinliklər, iş yerlərinin yaradılması, insanların qazanc əldə etməsi və digər məsələlərin həlli daxili sabitliyi gözləyir. Hesab edirəm ki, ən yaxın zamanda bu münaqişə sülhlə bitsə, artıq Pezeşkiyan hökuməti bu proseslərə əncam çəkəcək, başqa variant yoxdur. Bu, müharibədir və müharibə İran ərazisində gedir. Lakin İranın bu böhrandan çıxmaq üçün özünün sınaqdan keçmiş yolları var. Hər halda, rəsmi Tehranın belə bir təcrübəsi mövcuddur. 1980-1988-ci illərin İran-İraq müharibəsi dövründə də bu cür ağır problemlər yaşandı və o böhranın da arxasında Amerikanın imperiya qüvvələri dayanırdı. Buna baxmayaraq, heç bir yolla İranı çökdürə bilmədilər.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05