ABŞ və NATO Ukraynaya görə bu ölkəyə təzyiq edir
ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte İtaliyanı Ukrayna üçün PURL silah tədarükü proqramına daxil etmək üçün baş naziri Corciya Meloniyə təzyiq göstərirlər.
Yenicag.az xəbər verir ki, bu barədə İtaliyanın “La Stampa” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, İtaliya rəhbərliyi əvvəlcə iqtisadi səbəbləri və ictimai rəyi əsas gətirərək proqramda iştirak etməkdən imtina edib.
“Meloniyə təzyiq göstərilib və Tramp özü baş nazirdən səy göstərməsini istəyib. Lakin NATO-nun baş katibi Mark Rutte daha israrlı mövqe tutub və yalnız bu alətin Kiyev üçün silah tədarükünü stimullaşdıra və Atlantika Alyansını birləşdirə biləcəyini qəbul edib”, – deyə bildirilib.
Qəzetin məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski də Meloni ilə bu barədə müzakirə aparıb və onu İtaliyanı PURL proqramına daxil etməyə inandırmaq ümidi ilə müraciət edib.












