ABŞ və Rusiyanın güc nümayişi: Uduzan Ukraynadır - ŞƏRH

media-hightechnic-468x90

“Bu, sülh danışıqlarının gedişinə də təsirsiz ötüşməyəcək”.

media-abutalb-1

Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov ABŞ Prezidenti Donald Trampın nüvə silahının sınağına başlamasının sülh təşəbbüsləri ilə nə qədər üst-üstə düşdüyünü şərh edərkən deyib.

Politoloq bildirib ki, Rusiya son günlər bir neçə nüvə silahı daşıyacaq raketləri sınaqdan keçirdi.

“Həmin “Burevisnik” və “Poseydon” çox böyük dağıdıcı gücə malik olan və analoqu olmayan silahlardır. Sözügedən sınaqların əsas məqsədi ilk növbədə ABŞ-yə meydan oxumaq idi. Yəni “mənim böyük gücüm var və sən bununla hesablaşmalısan” deyir.

Belə addımlar son illərdə xüsusilə Ukrayna müharibəsinin gedişinə öz təsirini daim göstərir. Trampın nüvə silahı sınaqlarını keçirmək tapşırığı da bu meydan oxumaya bir cavabdır”.

O qeyd edib ki, ABŞ nüvə silahı sahəsində dünyanın birinci ölkəsidir:

“Ona meydan oxumaq qəbuledilməzdir mesajı verildi. Bu cür qarşılıqlı güc nümayişləri uzun çəkməyəcək. Trampın verdiyi tapşırıqlardan və ABŞ-də sınaqların dayandırılmasından sonra Rusiya da lazımi nəticələr çıxaracaq.

Həmçinin qarşılıqlı addımlar danışıqların gedişinə də müsbət təsir göstərə bilər. Lakin bu prosesdə uduzan tərəf ola bilsin ki, Ukrayna olacaq. Rusiyanın güc nümayişi nəticə etibarilə ABŞ-nin Ukraynaya təzyiqlərini artıra da bilər. Bir sözlə bu, sülh danışıqlarının gedişinə də təsirsiz ötüşməyəcək”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa