Abu-Dabidə 19 bəndlik TƏLƏ: Ukrayna kapitulyasiyaya məcburdurmu?

media-hightechnic-468x90

“Sülh müqaviləsi üçün irəli sürülən şərtlər Ukrayna üçün kapitulyasiya aktıdır.”

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Aytən Qurbanova bildirib.

media-16110483424386656498_1200x630

Politoloq bu gün Abu-Dabi şəhərində ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında keçirilən qapalı görüşü şərh edib. Politoloq bu görüşün müsbət nəticələnə biləcəyinə inanmadığını qeyd edib:

“Danışıqların üçtərəfli formatda və ya üç tərəf arasında ayrı-ayrılıqda davam etməsi öz növbəsində müsbət hal olsa da, sülh gündəliyinə daxil edilmiş bəndlər üzrə razılığın əldə olunması çox asan qəbul ediləcək qərar hesab oluna bilməz. İlk növbədə onu qeyd etmək lazımdır ki, sülh müqaviləsi üçün irəli sürülən şərtlər Ukrayna üçün kapitulyasiya aktıdır. Belə olan halda Əbu-Dabi görüşündən möcüzə gözləmək mümkün deyil.”

A. Qurbanova ABŞ-nin Ukraynaya yardımları dayandırmasının onlar üçün ağır nəticələrə səbəb olacağını qeyd edib:

“Digər tərəfdən isə ABŞ-nin yardımlarının dayandırılması Ukrayna üçün fəlakətli nəticələrə səbəb ola bilər. Nəticə etibarilə, 19 bənd üzrə danışıqların davam etməsi qısa müddətdə olmasa da, gələcək perspektivdə ilkin atəşkəsin əldə olunması üçün zəmin yarada bilər.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa