Bu gün ani qərarla Şeyma Subaşıdan boşanan Acun Ilicalı ayda 125 min TL aliment ödəyəcək.
Yenicag.az xəbər verir ki, bir il əvvəl evlənən cütlük bu gün anidən boşanma qərarı alıb və 9 dəqiqə baş tutan məhkəmə prosesi tərəflərin qərarını təsdiqləyib.
Uşaqları Melisanın bütün xərclərini öhdəsinə götürməklə bərabər, Acun Ilıcalı Şeyma Subaşının da ildə 4 dəfə edəcəyi səyahət xərclərini də ödəyəcək. Bundan əlavə isə, ayda 125 min TL aliment verəcək.
Həmçinin, tərəflər bərabər açdıkları kafenin də ortaqlığına davam edəcək.